Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:41

Əbədi sual: müharibəni kim başlayıb?


Əvvəlcə Gücrüstanın daxilində hesabata reaksiyalar haqda.

Gürcüstan prezidenti Mixail Saakaşvili hesabatda müharibəyə Gürcüstanın başlaması haqda fikirləri tənqid etsə də, hesabatı ümumilikdə həqiqətə uyğun adlandırıb.

“Avropa Birliyinin dəstəklədiyi bu komissiyanın yaradılmasında biz israr etmişdik. Bununla belə mən illüziyalarla yaşamırdım və başa düşürdüm ki, Avropa ölkələrinin Rusiyaya ehtiyacı var.
Rus qoşunlarının Qoridə dağıtdığı hərbi baza. 17 avqust 2008

“MƏN BİLİRDİM Kİ, AVROPALILAR HƏQİQƏTƏ GÖZ YUMMAYACAQ”

Onların qaza və kontraktlara ehtiyacı var. Onlar öz buraxdıqları maşınları satmaq istəyirlər. Ona görə də balaca Gürcüstana görə özlərini çətinə salmayacaqlar. Amma mən onu da bilirdim ki, buna baxmayaraq avropalılar həqiqətə göz yummayacaqlar”.

Saakaşvili deyib ki, beynəlxalq münasibətlər tarixində ilk dəfə olaraq nüfuzlu beynəlxalq komissiya deyir ki, BMT Təhülksizlik Şurasının daimi üzvü olan ölkə müharibə cinayətləri və etnik təmizləmədə günahlankardır.

Amma Gürcüstan müxalifətinin liderlərindən olan Salome Zurabişvili Azadlıq Radiosuna deyir ki, əslində hesabatda müharibəyə görə məsuliyyətin həm də Saakaşvilinin üzərinə qoyulması təsadüfi deyil.

Tsxinvalidə üzərində "Saakaşvili qatildir" yazılan divar. 9 avqust 2008
O, keçən ilin yazında Tbilisidə on minlərlə insanın iştirakı ilə Saakaşviliyə qarşı keçirilən mitinqləri, onun Cənubi Osetiya ilə bağlı səhv qərarlar verməsinin bildirilməsini yada salır. Zurabişvili bildirir ki, Saakaşvili öz ölkəsinin parçalanmasına yol açan siyasətinə görə cavab verməlidir.

GÜRCÜSTANIN TƏKLİFİ ASSAMBLEYADAN KEÇMƏDİ

O ki qaldı Cənubi Osetiya münaqişəsi ilə bağlı Rusiyanın məsuliyyətinə, Gürcüstan bu məsələyə görə Rusiya nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında məsələ qaldırmışdı, amma təklif assamblraydan keçməyib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Andrey Nesterenko Gürcüstanın təklifinin qəbul edilməməsini alqışlayıb.

"Sentyabrın 29-da assambleyadakı bəzi qərəzli qüvvələrin təsiri ilə Gürcüstan-Cənubi Osetiya münaqişəsinin nəticələrinə aid birtərəfli qətnamənin qəbul edilməsinə baxamayaraq Rusiya nümayəndə heyətini səsvermə hüququndan məhrum etmək cəhdinin iflasa uğraması assambleyada dialoq ovqatının üstün olduğunu göstərir.

XARİCİ MƏTBUATDA DA FİKİRLƏR HAÇALANIR

David Hearst Guradian qəzetindəki məqaləsində Gürcüstanı tənqid edir, hesabatda müharibənin Gürcüstanın Cənubi Osetiyaya hücum etməsi ilə başladığını deməsini, guya Rusiya qoşunlarının bundan qabaq artıq Cənubi Osetiyaya göndərildiyi haqda Tbilisnin iddialarının nəzərə alınmamasını ədalətli sayır. Müəllif yazır ki, münaqişə itirilmiş ərazisini qaytarmaq fikrinə düşən millətçi Gürcüstan prezidentinin hərəkətlərinin nəticəsidir.

C'nubi Osetiya haqda Avropa Birliyinin hesabatInı isveçrəli diplomat Heydi Taqliavininin rəhbərlik etdiyi komissiya hazırlayıb.
David Hearst hesab edir ki, buna görə də Gürcüstanın Rusiya ilə münaqişəsini vaxtilə Polşanini, yaxud Pribaltika ölkələrinin Moskvaya qarşı çıxması ilə müqayisə etmək olmaz.

Amma Amerikanın Con Hopkins İnstitutunun araşdırmaçısı Svante Kornel Wall Street Journal qəzetindəki məqaləsində yazır ki, düzdü mətbuat daha çox hesabatda müharibəni Gürcüstanın başlaması fikri üzərində dayanır.

Amma əslində hesabat Rusiyanın Cənubi Osetiyaya hücum etməsini əsaslandırmaq istifadə etdiyi bütün arqumentləri alt-üst edir.

Düzdü hesabatda yazılır ki, Rusiyanın öz sülhməramlılarını qorumaq hüququ var, amma o da qeyd edilir ki, bunun üçün istifadə edilən güc heç də adekvat deyildi.

Hesabatda guya Gürcüstanın Cənubi Osetiyada soyqırım törətməsi haqda iddialarını rədd edir, üstəlik Korel xatırladır ki, Rusiyanın müharibədən sonra Abxaziya və Cənubi Oseytiyanın müstəqilliyini tanıması da hesabatda qəbuledilməz adlandırılır.
XS
SM
MD
LG