Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 13:29

Azərbaycan İrana nota verib


İranın rəsmi qurumlarının hərəkətlərinə Azərbaycan qəti etirazını bildirib
İranın rəsmi qurumlarının hərəkətlərinə Azərbaycan qəti etirazını bildirib
İran İslam Respublikasının Azərbaycandakı səfiri Məmmədbağır Bəhrami oktyabrın 6-da Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunaraq nazir müavini Vaqif Sadıqov tərəfindən qəbul edilib.

Görüş zamanı səfir Bəhramiyə bildirilib ki, İranın rəsmi Radio və Televiziya Təşkilatının və bu Təşkilata məxsus «Səhər» televiziyasının internet saytlarında 4 oktyabr 2009-cu il tarixində Azərbaycan Respublikasının daxili və xarici siyasəti haqda videoçarx və məqalə yerləşdirilib.

İran diplomatının nəzərinə çatdırılıb ki, bu materiallarda Azərbaycan Respublikasının dövlət siyasəti məqsədyönlü şəkildə təhrif olunub, milli rəmzi olan dövlət bayrağı kobudcasına təhqir edilib, Azərbaycan Respublikasının hökumət və Milli Məclisinin üzvlərinə qarşı böhtan xarakterli ittihamlar yer alıb.

Qeyd olunan məsələlərin iki ölkə arasındakı münasibətlərə ciddi xələl gətirə biləcəyini vurğulayan V.Sadıqov İranın rəsmi qurumlarının yolverilməz hərəkətlərinə Azərbaycan tərəfinin qəti etirazını bildirib.

Sonra səfir M.Bəhramiyə Azərbaycan Xarici İşlər Nazirliyinin eyni mövzulu rəsmi notası verilib.
XS
SM
MD
LG