Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:18

«Azərbaycan parlamentində verdiyim bəyanatın arxasındayam»


Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan
«Azərbaycan və Ermənistan arasında mövcud problemdə biz əsla Azərbaycanı pərişan edəcək, onu çətin vəziyyət salacaq hər hansı hərəkətin və qərarın içində olmayacağıq».

Bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan Türkiyənin Azərbaycanla heç bir probleminin olmadığını vurğulayıb:

«Oktyabrın 10-da Türkiyə ilə Ermənistan protokolları imzalayır. İmzalanma mərasimində Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələr də iştirak edəcək, şahid olacaqlar. Ümid edirik ki, bu, prosesə müsbət təsir edəcək, eyni zamanda Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına öz töhfəsini verəcək. Ən əsas məsələ budur ki, biz Azərbaycanı pərişan edəcək, onu çətin duruma salacaq hər hansı hərəkətin, qərarın içində yer almayacağıq. Zatən mən bunu Azərbaycan parlamentində də bəyan etmişəm. Bu gün orada dediklərimdən heç nə dəyişməyib, həmin bəyanatın arxasındayam».

Baş nazir Ermənistanın diaspor kimi ciddi probleminin olduğunu vurğulayıb:

«İnanıram ki, Ermənistan rəhbərliyi bu məsələdə mövqeyini, iradəsini ortaya qoyarsa, məsələni həll edər. Türkiyənin belə bir problemi yoxdur. Biz mövqeyimizi və iradəmizi tam ortaya qoyur, bu iradəylə də addımlarımızı atırıq». / APA /
XS
SM
MD
LG