Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:59

Manat ucuzlaşır


Manat üçüncü rübün sonunda digər sərbəst dönərli valyutalara nisbətən də dəyərdən düşüb
Manat üçüncü rübün sonunda digər sərbəst dönərli valyutalara nisbətən də dəyərdən düşüb
2009-cu ilin üçüncü rübünün yekunlarına görə, Azərbaycan manatı həm bivalyuta səbətinə daxil olan, həm də dünyanın digər aparıcı valyutalarına nisbətən ucuzlaşıb. Daha çox ucuzlaşma Britaniya funt sterlinqinə nisbətən olub. Bu barədə «İqtisadi forum» jurnalı Mərkəzi Banka istinadən məlumat verir.

2009-cu ilin 9 ayında ilin əvvəli ilə müqayisədə milli valyuta son zamanlar dünyada sürətlə dəyərsizləşən və qızğın müzakirə obyekti olan ABŞ dollarına nisbətən 0,3% ucuzlaşıb. İlin əvvəlində 1 ABŞ dolları 0,8015 manat olduğu halda sentyabrın sonuna 0,8035 manata kimi yüksəlib.

Manat üçüncü rübün sonunda digər sərbəst dönərli valyutalara nisbətən də dəyərdən düşüb. Avropa Birliyinin milli valyutası olan avroya nisbətən manat 5,6% ucuzlaşıb. İlin əvvəlində 1 avronun məzənnəsi 1,1125 manatdan sentyabrın sonuna 1,1745 manata kimi yüksəlib.

Ən çox ucuzlaşma Britaniya funt sterlinqinə nisbətən olub. Belə ki yanvar-sentyabr aylarında manat bu valyutaya nisbətən 11% qiymətsizləşib. İlin əvvəlində 1 funtun məzənnəsi 1,1597 manatdan sentyabrın sonuna 1,2874 manata kimi yüksəlib.

Yapon iyenasına nisbətən ucuzlaşma 2,7% olub. İlin əvvəlində 100 iyenanın məzənnəsi 0,8713 manatdan sentyabrın sonuna 0,8949 manata kimi yüksəlib.

Ancaq manat rus rubluna nisbətən 3% bahalaşıb. İlin əvvəlində 1 rublun məzənnəsi 0,0275 manatdan sentyabrın sonuna 0,0267 manata kimi düşüb.

Mərkəzi Bankın oktyabrın 12-i tarixinə müəyyən etdiyi məzənnəyə görə, hazırdan 1 ABŞ dolları 0,8034 AZN, 1 avro 1,1812 AZN, 1 funt sterlinq 1,2720 AZN, 100 Yapon iyenası 0,8914 AZN, 1 rus rublu isə 0,0271 AZN-dir.
XS
SM
MD
LG