Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:55

S.Sarkisyan: «Türklər elə bilməsin ki, geri addım atmağa cəsarətimiz çatmaz»


Armenia -- President Serzh Sarkisian speaks to journalists.
Armenia -- President Serzh Sarkisian speaks to journalists.
Ermənistan prezidenti Serj Sarkisyanın fikrincə Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın Qarabağla bağlı son açıqlamaları ya təhrif edilir, ya da Azərbaycan auditoriyasına yönələn bəyanatdan başqa bir şey deyil. Rus və erməni informasiya agentliklərinin yaydığı xəbərə görə, Ermənistan prezidenti Serj Sarkisyan oktyabrın 12-də Moskvaya yola düşərkən hava limanında Ərdoğöanın dünənki sözlərinə münasibət bildirib.

Ərdoğan oktyabrın 11-də partiyasının toplantısında demişdi ki, «Türkiyə ilə Ermənistan arasında protokolların imzalanması önəmli bir addımdır və biz bu işdən məmnunluq duyuruq. Ancaq Türkiyə Böyük Millət Məclisi (TBMM) bu sənədləri təsdiqləyərkən Azərbaycan və Ermənistan arasındakı problemin vəziyyətini mütləq nəzərə alacaq». Və Ermənistan işğal altında olan Azərbaycan torpaqlarından çəkilməyəcəyi təqdirdə Türkiyə də bu məsələdə müsbət addım ata bilməz.

Sarkisyan açıqlamalarla bağlı deyib ki, əgər bu sözlər həqiqətən də medianın yazdığı kimidirsə, onda çox güman kimi Türkiyə baş nazirinin sözləri Azərbaycanlılara ypönlib, və bu çox təəccüblüdür.

Sarkisyan bu açıqlamalardan təccüblənidiyini deyib. Əlavə edib ki, “əgər Türkiyə türklər protokolları ratifikasiya eləməyəcəkdilərsə, niyə imzalayırdılar. Bəlkə onlar elə güman edirlər ki, bizim geri addım atmaq üçün iradəmiz çatmayacaq?”.

Sarkisyan deyib ki, “istənilən halda top indi türklərin meydanındadır, biz onların addımlarını səbrlə gözləyəcəyik. əgər onlar protokolları imzalasalar, o zaman biz qrafikə uyğun prosesi davam etdirəcəyik, əks-halda, Ermənistan beynəlxalq hüquqa uyğun olan adekvat addımlar atacaq”.

Oktyabrın 10-da Sürixdə ABŞ, Fransa və Rusiya xarici işlər nazirlərinin də qatıldığı görüşdə Türkiyə və Ermənistan arasında ikitərəfli münasibətlərin yaxşılaşdırılmasını nəzərdə tutan protokollar imzalanıb. Həmin protokollar parlamentlərdə təsdiq ediləndən sonra qüvvəyə minəcək. Azərbaycanın Xarici İşlər Nazirliyi isə Türkiyənin protokollara imza atmasını pisləyən bəyanat yayıb.

MÖVZUNU ŞƏRH ET
XS
SM
MD
LG