Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:53

Türkiyə və Ermənistan prezidentinin Bursa süfrəsi


Ermənistan prezidenti Serj Sarkisyan (solda) və Türkiyə prezidenti Abdulla Gül (sağda), Praqa, 7 may 2009
Ermənistan prezidenti Serj Sarkisyan (solda) və Türkiyə prezidenti Abdulla Gül (sağda), Praqa, 7 may 2009
Futbol üzrə dünya çempionatının seçmə oyunları çərçivəsində Türkiyə ilə Ermənistan yığmaları arasında sabahkı oyuna təkcə futbolçular deyil, ölkələrarası təhlükəsizlik qüvvələri də hazırlaşır.

Çünki azarkeşlər arasında hər iki ölkənin prezidentləri – Abdulla Gül və Serj Sarkisyan, eləcə də xarici işlər nazirləri və başqa rəsmilər iştirak edəcəq.

PREZİDENTLƏR NƏ YEYƏCƏKLƏR?

CNN-TURK telekanalının məlumatına görə oyundan əvvəl prezidentlər Bursada Almira otelində yemək yeyəcək. Telekanal prezidentlərin stolunda olacaq yeməklərin siyahısını da elan edib.

Əsas yeməkdən əvvəl - ağ pendir, mozzarella pendiri, qızardılmış qarğıdalılı dana əti, hind toyuğu əti, Florida toyuğundan tərəvəzli salat, ispanak yarpağında qızıl balıq, pomidor kokteyli, qozlu salat, əzilib yağda qızardılmış noxud, gouda pendiri, əsasən yemişdən ibarət olan pendir-tərəvəzli salat, qızardılmış badam, təzə tərəvəzli souslu salat və Ağ dəniz göyərtilərindən salat verilməsi nəzərdə tutulub.

Əsas yemək – keçi pendirli kartof püresi, ağ zeytun, badimcan, quru üzüm və şam fıstığı ilə qızardılmış quzu budundan ibarətdir.

Çərəz - meşə meyvələri ilə birlikdə şirin giləmeyvə püresi olacaq.

Yeməkdən sonra futbol oyununa gedəcək prezidentlərin kokteylə də qatılacaqları gözlənir.

Prezidentlərə veriləcək bütün yeməkləri xüsusi xidmət orqanları analizdən keçirəcək.

Vilayətin valisi hər iki dövlət başçısına Bursanın simvolu olmuş şabalıq mürəbbəsi, hədiyyələr və şəhəri tanıdan kitablar verəcək.

PREZİDENTLƏR NECƏ QORUNACAQ?

Dövlət başçılarını 70 nəfər təhlükəsizlik xidməti əməkdaşı qoruyacaq. Onların hava limanına gediş-gəlişi zamanı yollara başqa maşınlar buraxılmayacaq. Artıq prezidentlərin təhlükəsizlik xidməti Atatürk stadionunu nəzarətə götürüb.

Hələlik prezidentlərin proqramları jurnalistlərə tam bəlli deyil.

ERMƏNİ AZARKEŞLƏRƏ 1000 YER

Stadionda rəsmilər üçün 150 yer ayrılıb. Mətbuat üçün oturacaqların sayı isə 400-ə çatdırılıb. Çünki artıq yerli və xarici mətbuatdan 400 jurnalist qeydiyyatdan keçirb.

FIFA-nın qayadalarına əsasən tribunada Ermənistan azarkeşlərinə 1000 nəfərlik yer ayrılıb.

Oyun Bakı vaxtilə saat 23-də başlayacaq.
XS
SM
MD
LG