Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:24

«Bu, Azərbaycan hökumətinə heç də yaxşı imic qazandırmır»


Vatslav Havel bildirib ki, bu məlumatlar çox narahatedicidir
Vatslav Havel bildirib ki, bu məlumatlar çox narahatedicidir
«Mən kiminsə öz fikirlərini, xüsusilə də insan azadlıqları və insan haqlarına hörmət olunması ilə bağlı mövqeyini açıq ifadə etməsinə görə təzyiqə məruz qalmasını absurd hesab edirəm».

Çexiyanın keçmiş prezidenti Vatslav Havel azərbaycanlı bloqçular Emin Milli və Adnan Hacızadə barədə belə deyib.

O bildirib ki, bu məlumatlar çox narahatedicidir: «Və Azərbaycan hökumətinə heç də yaxşı imic qazandırmır».

Emin Milli və Adnan Hacızadə bu il iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Bloqçular ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.
XS
SM
MD
LG