Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:22

Mübahisəli prezident seçkisində ikinci tur ola bilər


Prezidentliyə namizəd Abdulla Abdullanın tərəfdarlarının seçki kampaniyası, 11 avqust 2009
Prezidentliyə namizəd Abdulla Abdullanın tərəfdarlarının seçki kampaniyası, 11 avqust 2009
Əfqanstan prezidenti Həmid Kərzai mübahisəli prezident seçkisində ikinci turla üzləşə bilər. BMT-nin dəstəklədiyi işçi qrup bu gün avqustun 20-də keçirilmiş prezident seçkisindəki pozuntularla bağlı nəticələri açıqlayacaq.

Seçki şikayətlərinə dair komissiyanın keçirdiyi araşdırma nəticəsində üzə çıxan pozuntular Kərzainin bu günədək məlum olan səs faizini aşağı sala bilər, hətta 50 faizdən də aşağı. Belə olan halda isə onun seçkidəki ən güclü rəqibi Abdulla Abdullaya qarşı ikinci turun keçirilməsi tələbi yaranacaq.

Fransanın Xarici İşlər naziri Bernard Kuşner və Amerika senatoru Con Kerri də daxil olmaqla bir neçə xarici ölkə rəsmiləri ötən həftəsonu Kabula gəliblər ki, ölkədəki siyasi rəqibləri get-gedə dərinləşən seçki böhranını həll etməyə vadar etsinlər. Onlar iddia edirlər ki, bu cür vəziyyət Əfqanıstanda sabitlik yaratmağa çalışan beynəlxalq qüvvələrin də işinə çətinlik yaradır.

HƏR İKİ SİYASƏTÇİ BİRLİKDƏ İŞLƏMƏLİDİR


Fransanın Xarici İşlər naziri Bernard Kuşner Kabildə Kərzai və Abdulla ilə ayrı-ayrılıqda keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında deyib ki, seçki mübahisəsinin
Fransanın Xarici İşlər naziri Bernard Kuşner Kabildə, 17 oktyabr 2009
həlli yolunu tapmaq üçün hər iki siyasətçi birlikdə işləməlidir:

- Onların hər ikisi birlikdə işləməyin vacibliyini vurğuladı, deyə bilmirəm bu, hökumət və ya qrup işi olacaq, amma bu cür seçkidən sonra birlikdə işləmək Əfqanıstanın inkişafının xeyrinədir və olduqca vacibdir.

Bu günlərdə BMT-nin baş katibi Ban Ki Mun, Britaniyanın baş naziri Qordon Braun və ABŞ-ın Dövlət katibi Hillari Klinton da hər iki namizədlə telefonda danışaraq ölkədəki seçki böhranını müzakirə ediblər.

Əfqanıstan qanunlarına əsasən Seçki Şikayətlərinə dair Komissiya öz yekun hesabatını səslərin sayılması və seçkinin yekun nəticəsini elan etməli olan Müstəqil Seçki Komissiyasına məruzə etməlidir.

Səsvermənin mübahisəli ilkin nəticəsinə görə, Həmid Kərzai səslərin 54 faizini, onun ən güclü rəqibi Abdulla Abdulla isə 28 faizini toplayıb.

HAKİMİYYƏT BÖLÜŞDÜRÜLƏ DƏ BİLƏR

Əgər Seçki Şikayətlərinə dair Komissiya elan etsə ki, seçki pozuntuları bu nəticəyə təsir edəcək qədər deyil, onda Kərzai qalib elan olunacaq. Yox əgər Kərzainin topladığı səs faizi 50-dən aşağı düşərsə, ikinci turun təşkili qaçılmaz olacaq. Kərzainin ikinci turu keçirmək istəməməsi və hətta ikinci turun keçirilməsinə
Heratda səsvermə, 20 avqust 2009
yol verməyəcəyi və ya maneələr yaradacağı ilə bağlı hədələri açıq-aydın göz önündədir.

Diplomatlar və rəsmilər hakimiyyətin bölüşdürüləcəyinin mümkünlüyünü də istisna etmirlər. Abdulla da müzakirələrə açıq olduğuna eyham vurub.

Müstəqil Seçki Komissiyası ikinci turun keçirilməsi ilə bağlı qərar verərsə, bu, növbəti iki həftədə baş tuta bilər.

İstənilən ləngimə ölkədəki böhranı daha da dərinləşdirə və Əfqanıstanı aylar uzunu çəkən siyasi zindana çevirə bilər. Çünki qış aylarında şaxtadan yollar bağlanır və ölkəyə gəlmək mümkünsüz olur.
XS
SM
MD
LG