Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:35

Şəhidlər Xiyabanında aksiya


«Azərbaycan-Türkiyə tarixən qardaş dövlətlərdir və onların bir-birilə münasibətlərini kəskinləşdirmək heç kəsə qismət olmayacaq»
«Azərbaycan-Türkiyə tarixən qardaş dövlətlərdir və onların bir-birilə münasibətlərini kəskinləşdirmək heç kəsə qismət olmayacaq»
Saxlanan müxalifətçi gənclər sərbəst buraxılıblar. Onlardan biri Elçin Həsənov AzadlıqRadiosuna deyir ki, həm aksiya zamanı, həm də polis bölməsində onu döyüblər:

- Aksiyada bizimlə çox zorakı davrandılar. Bizi döydülər. Əlimizdəki Türkiyə bayraqlarını aldılar. Polis bölməsində də həm təhqir olunduq, həm də döyüldük. Bizim məqsədimiz yalnız türk şəhidlərinin abidəsinə gül qoymaq idi. Mənə qarşı edilən zorakılıqla bağlı Respublika Prokurorluğuna, Daxili İşlər Nazirliyinə şikayət ünvanladım.

Elçin Həsənov ona qarşı zorakılıq edən polislərin cəzalandırılmasını tələb edir.

Türk əsgərinin abidəsini ziyarət etdilər
Gözlə

No media source currently available

0:00 0:02:37 0:00
Direct-ə keçid


Oktyabrın 21-i səhər təxminən 50-yə yaxın müxalifətçi Şəhidlər Xiyabanına gələrək türk şəhidlərinə ehtiramlarını bildiriblər. Onlar Xiyabanda türk bayraqlarını qaldırıblar və şəhidlərin məzarına əklil qoyublar.

AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı çıxış edərək bildirib ki, Azərbaycan və Türkiyə arasında hər hansı nifaq salanlar tarix qarşısında cavab verəcəklər:

«Azərbaycan-Türkiyə tarixən qardaş dövlətlərdir və onların bir-birilə münasibətlərini kəskinləşdirmək heç kəsə qismət olmayacaq».

Ziyarətə müdaxilə edən polis Azərbaycan və Türkiyə bayraqlarını qaldıran gənclərə zor tətbiq edib və saxlayıb. Saxlananların 3 nəfər olduğu deyilir. Onlardan biri AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlıdır.

Bu arada məlum olub ki, Bakıdakı Türkiyə səfirliyinin Dini İşlər Müşavirliyinin binası önündəki Türkiyə bayrağı da səhər saatlarında götürülüb.

Oktyabrın 20-si axşam saatlarına qədər məscidin önündə Türkiyə bayrağı Azərbaycan bayrağı ilə yanaşı asılmışdı.

Oktyabrın 20-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Azərbaycan vətəndaşlarına səslənərək onları türk bayraqlarının endirilməsinə etiraz olaraq Şəhidlər Xiyabanındakı türk şəhidlərinin məzarını ziyarət edərək, ora əklil qoymağı dəvət etmişdi.

XS
SM
MD
LG