Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:45

«Azadlıq» qəzeti Mirzə Sakitlə əməkdaşlığa son verdi


Satirik şair Mirzə Sakit
Satirik şair Mirzə Sakit
Satirik şair Mirzə Sakitin «Azadlıq» qəzetiylə əməkdaşlığına son verilib. Bu barədə qəzetin həbsdə olan baş redaktor Qənimət Zahid həyat yoldaşı vasitəsi ilə redaksiyaya məlumat verib. O qeyd edir ki, Mirzə Sakit həbsdən çıxandan sonra qəzetlə onun arasında anlaşılmazlıq yaranıb. Baş redaktor «birmənalı olaraq bu münaqişədə Mirzə Sakiti tamamilə haqsız» sayır.

Onun fikrincə, şairin «Azadlıq» qəzetinə ünvanladığı ittihamlar əsassızdır: «Ötən həftə AzadlıqRadiosunda «Azadlıq» qəzetinə qarşı səsləndirdiyi ittihamlar bir daha onu göstərdi ki, Mirzə Sakit qəzetlə münaqişəsini ictimailəşdirib redaksiyanı öz iddialarına tabe etmək fikrindən daşınmayıb. Problemin əhəmiyyətli hissəsi də bundan ibarətdir ki, o, «Azadlıq» qəzetini özünün əsassız iddiaları ilə barışmağa, özünü qəzetdən və onun kollektivindən yuxarı tutmağa can atır. Bu yolverilməzdir və mümkünsüzdür. «Azadlıq» kimsənin diktəsinin və kimsənin əsassız iddialarının altında duracaq bir qəzet deyil».

Qənimət Zahid «Azadlıq» qəzetinin Mirzə Sakitlə bağlı proyektinin başa çatdığını bildirir və deyir ki, bu ilin noyabrın 1-dən «Azadlıq» qəzeti Mirzə Sakitlə əməkdaşlığa son verir.

Mirzə Sakit AzadlıqRadiosuna müsahibəsində bildirmişdi ki, «Azadlıq» qəzeti son aylarda onun yazılarını çap etməkdən imtina edir və heç bir əsas gətirmir.

Qəzetin direktoru Azər Əhmədov isə AzadlıqRadiosuna bildirib ki, Mirzə Sakitin yazılarının çap olunmamasına səbəb onun həyatına təhlükə yaratmasıyla bağlıdır.
XS
SM
MD
LG