Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:28

Atadan oğula... Bakiyev də oğlunu prezidentliyə hazırlayır


32 yaşlı Maksim Bakiyev İnkişaf, İnvestisiya və İnnovasiya üzrə Mərkəzi Agentliyə rəhbərlik edəcək
32 yaşlı Maksim Bakiyev İnkişaf, İnvestisiya və İnnovasiya üzrə Mərkəzi Agentliyə rəhbərlik edəcək
Qırğızıstan prezidenti Kurmanbek Bakiyev ölkə iqtisadiyyatının gələcək kursunu müəyyənləşdirməyi çoxdan tanıdığı bir şəxsə - özünün kiçik oğluna həvalə edib. 32 yaşlı Maksim Bakiyev durğunluq vəziyyətində olan Qırğızıstan iqtisadiyyatını hərəkətə gətirməli olan yeni yaradılmış bir quruma - İnkişaf, İnvestisiya və İnnovasiya üzrə Mərkəzi Agentliyə rəhbərlik edəcək.

Oğul Bakiyev deyir ki, iqtisadiyyatın inkişafı məsələsinə yenidən baxmaq lazımdır:

«Dünya təcrübəsi, xüsusilə də bizim təcrübəmiz göstərir ki, inkişaf sektoru, inkişaf prosesi hökumətin normal funksiyalarından ayrılmalıdır».

Maksim Bakiyevin tərəfdarları onun hüquq təhsilini, Qırğızıstanın Güləş Federasiyasının rəhbəri olmasını, əvvəllər bir sıra beynəlxalq təşkilatlarda işləməsini əsas gətirib deyirlər ki, prezidentin seçimi düzdür. Maksim ölkə iqtisadiyyatında dəyişiklik etməyə qadirdir. Prezidenti tənqid edənlər isə oğul Bakiyevin belə bir qabiliyyətinin olmadığını deyirlər. Onlar prezidentin ailə üzvlərini dövlət vəzifələrinə gətirməsindən bərk narahatdırlar.

Maksim Bakiyevin uğurlu biznesmen olub-olmadığı mübahisə doğursa da, bir fakt mübahisəsizdi. Onun biznes uğurları atası Kurmanbek Bakiyevin 2005-ci ildə hakimiyyətə gəlməsindən sonra başlayıb.

Mübahisə edənlər onu da deyirlər ki, bu təyinatla Kurmanbek Bakiyev oğlunu 2014-cü ildə keçiriləcək prezident seçkiləri üçün hazırlayır.

Keçmiş baş nazir, hazırda Arnamus Partiyasının rəhbəri olan Feliks Kulov deyir ki, Bakiyevin yeni vəzifəsi xalqa nəyə qadir olduğunu göstərməyə imkanı verir. Kulov deyir ki, Bakiyev 2014-cü ildə hakimiyyətdən getməyi və sükanı etibar etdiyi adama vermək istəyir. O deyir ki, əgər Maksim vəzifəsinin öhdəsindən gələ bilməsə, bu bakiyevlər ailəsi üçün sağalmaz yara olacaq.

Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Miroslav Niyazov da Kulovun hakimiyyətin ailə üzvləri arasında bölüşdürülməsiylə bağlı dediklərinə şərik çıxır. Xatırladır ki, bu Mərkəzi Asiya üçün heç də yeni hal deyil.

Qırğızıstan müxalifəti isə deyir ki, Maksimin təyinatı prezident Bakiyevin onu prezidentliyə hazırlamaq niyyətinin gerşəkləşdirmək üçün növbəti addımdır.

Bakiyev 2005-ci ilin ortalarında hakimiyyətə gələndə Konsttitusiya islahatı keçirməyə və hakimiyyət qolları arasında səlahiyyət bölgüsünün balansını yaratmağa söz vermişdi.

Bakiyevin sələfi Akayevin dövründə hamkiyyətin səlahiyyətlərinin çoxu icra hakimiyyətinin əlində cəmlənmişdi. Müxalifət deyir ki, Bakiyevin hakimiyyətdəki son dəyişiklikləri yenidən əvvəlki vəziyyətə qayıtmaq deməkdir. Ölkənin əsas güc nazirlikləri – xarici, daxili, müdafiə və milli təhlükəsizlik nazirlikləri parlamentə yox, yenə də birbaşa prezidentə tabe olur.

Qırğızıstanın keçmiş xarici işlər naziri Roza Otunbayeva isə deyir ki, indi prezident Bakiyevin ailə üzvlərini hökumətin bütün eşalonlarında görmək olar.

«Hazırda Ağ Edə beş Bakiyev işləyir. Hamısı da yüksək vəzifələrdə. Mən hələ Ağ Evin bütün mərtəbələrini işğal etmiş qohum-əqrəbasını demirəm».

Maksim Bakiyevin böyük qardaşı, əmiləri və dayıları da dövlət qulluğunda işləyirlər. Prezident Bkiyevin qardaşı Yaniş Prezidentin Mühafizə Xidmətinin rəhbəridir. Bir qardaşı Marat Qırğızıstanın Almaniyadakı səfiridir. Başqa bir qardaşı Adil isə Qırğızıstanın Çindəki səfiridir. 2006-cı ildə vəfat etmiş digər qardaşı Yusifbəy Bakiyev isə həmin bu agentliyin İnkişaf, İnvestisiya Agentliyinin icraçı direktorunun müavini olub.
XS
SM
MD
LG