Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:20

Dövlət Departamenti bloqqerlərin həbsini demokratiyadan geri addım adlandırır


Dövlət Departamentinin loqosu
Dövlət Departamentinin loqosu
“ABŞ Dövlət Departamenti bu gün Azərbaycanda məhkəmənin gənc liderlər Emin Milli və Adnan Hacızadənin azadlıqdan məhrum edilməsi barədə verdiyi qərarından məyus olub. Bu məhkəmə qərarı Azərbaycandakı demokratik islahatlar istiqamətində proseslərdən geriyə doğru addımıdır.”

Bu fikirləri ABŞ Dövlət Departamentinin sözçüsü Yan Kelli noyabrn 11-də Azərbaycanda məhkəmənin iki gənc bloqqerin azadlıqdan məhrum edilməsi barədə qərarı ilə bağlı bəyanatında qeyd edir.

ABŞ-da Veteranlar Günü münasibətilə istirahət günü olmasına baxmayaraq xüsusi bəyanatla çıxış edən Yan Kelli bildirir ki, qeyri-şəffaf istintaq, qapalı məhkəmə, hücum edənlərin həbs edilməməsi və məsuliyyətə cəlb olunmaması polisin və məhkəmə sisteminin müstəqilliyinə çox ciddi şübhələr yaradır.
Bu, həmçinin Azərbaycanda ifadə azadlığının məhdudlaşdırılmasından narahatlıqları gücləndirir:

Yan Kelli vurğulayıb ki, “Ümid edirik ki, son dörd ayda baş verən hadisələr Azərbaycanda söz azadlığının korlanmasının siqnalı olmayacaq.

Biz apelyasiya prosesini ədalətli, vaxtında və şəffaf keçirilməsinə çağırırıq. Ümid edirik ki, "hakimiyyət ölkədə vətəndaş cəmiyyətini sıxışdırmayacaq və Azərbaycan xalqının layiq olduğu demokratik islahatlar üçün cəhdlərini davam etdirəcək.”

Bəyanatda qeyd edilir ki, ABŞ ifadə və birləşmə azadlığı da daxil olmaqla demokratik islahatlar sahəsində Azərbaycan hakimiyyəti və xalqı ilə işləmək öhdəliklərinə sadiqdir. Sənəddə həmçinin vurğulanır ki, müstəqil məhkəmə sistemi, onun siyasi təsirlərdən azad olması və fəal vətəndaş cəmiyyəti qurumları müasir demokratik dövlətlərin əsas sütunlarıdır.

Nyabrın 11-də hakimiyyəti tənqid edən yazıları ilə tanınan bloqqerlər Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum ediulməsi barədə qərar çıxarılıb.

Həmin gənclər bu il iyulun 8-də Bakıda restoranlardan birində döyüldükləri üçün polisə müraciət etmişdilər. Amma polis onları döyəni yox, özlərini həbs edib. İddiaya görə bu gənclər onlara hücum edən adamları döyüblər.

İnsan haqları fəalları əslində gənc bloqqerlərin hakimiyyəti sərt tənqid etdikləri üçün bu cür qurama ittihamla üzləşdiklərini deyirlər.

MÖVZUYA MÜNASİBƏTİNİZİ FORUMDA BİLDİRƏ BİLƏRSİNİZ
XS
SM
MD
LG