Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:19

«Gənclərin həbsi Azərbaycanda hökumətə tənqidi yanaşanlara sərt mesaj oldu»


«Emin Milli və Adnan Hacızadənin həbsi Azərbaycanda ifadə azadlığı sahəsində geriyə doğru addımdır».

Human Rights Watch təşkilatının bəyanatında deyilir ki, Azərbaycanda tənqidi və satirik şərhlərə görə jurnalistlərin saxta ittihamlarla cəzalandırılmasının çoxdankı təcrübəsi var.

Təşkilatın Cənubi Qafqaz üzrə tədqiqatçısı Giorgi Goqia bildirib ki, «Milli və Hacızadəyə qarşı proses də buna nümunədir».

Qoqia əlavə edib ki, «gənclərin həbsi Azərbaycanda bloqçulara və hökumətə tənqidi yanaşanlara sərt mesaj vermiş olur. Bu Azərbaycanda hökumətin ifadə azadlığına qarşı artan ədavətini əks etdirir».

Human Rights Watch Azərbaycan hökumətini bloqçuların apelyasiya şikayətini hərtərəfli araşdırmağa çağırır.

Noyabrın 11-də bloqçular Emin Milli və Adnan Hacızadəyə 2 il yarım və 2 il iş kəsilib.

MÖVZUYA MÜNASİBƏTİNİZİ FORUMDA BİLDİRƏ BİLƏRSİNİZ
XS
SM
MD
LG