Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:01

Nazir Azad Rəhimov ABŞ-ın ünvanına ağır ittiham söylədi


Azad Rəhimov: «Amerika istəyir ki, Azərbaycanı çökdürsün!»
Azad Rəhimov: «Amerika istəyir ki, Azərbaycanı çökdürsün!»
«Bizim Yol»: «Gənc bloqqerlər Emin Milli və Adnan Hacızadə barəsində çıxarılan məhkəmə qərarından xəbərim var. Amma bununla bağlı heç bir şərh verə bilmərəm. Çünki, məhkəmə qərarı müzakirə edilməməlidir».

Bu fikri Gənclər və idman naziri Azad Rəhimov səsləndirib. «Gənc bloqqerlərin həbsinə ABŞ Dövlət Departamentinin verdiyi sərt reaksiyanı necə dəyərləndirirsiniz» sualına nazirin cavabı konkret olub: «Amerika istəyir ki, Azərbaycanı çökdürsün!»

«Yeni Müsavat»: ATƏT, Avropa Şurası və «Freedom House»dan sərt bəyanatlar gəldi

Gənc bloqqerlər barədə srağagün çıxarılan məhkəmə hökmü gözlənildiyi kimi, beynəlxalq demokratik ictimaiyyətin sərt reaksiyasına səbəb olub.

«Azadlıq»: Əliyev dünyanı aldatdı

Novruz Məmmədov üç ay əvvəl belə demişdi: «Bir xuliqanlıq baş verib və bir-iki aydan sonra bloqqerlər buraxılacaqlar». Səbail məhkəməsinin qərarı ilə iki gənc bloqçu – Adnan Hacızadə iki, Emin Milli isə iki il altı ay azadlıqdan məhrum olundu.

«Ekspress»: Hərəkətə uyğun gəlməyən qərar. Bloqqerlərin həbsi pislənilir

Gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin azadlıqdan məhrum edilməsi bütün dünyada siyasi qərar kimi qəbul olunub.

«Şərq qəzeti»: «Minsk Qrupunun hazırladığı təkliflər Rusiyanındır»

Politoloq Vəfa Quluzadə belə hesab edir: «Bu təkliflər elə hazırlanıb ki, Azərbaycan və Ermənistan sülhə razı ola bilməsinlər».

«525-ci qəzet»: «Maliyyə nəzarəti haqqında» qanunun qəbuluna ciddi ehtiyac var»

Milli Məclisin üzvü Vahid Əhmədov: «İndiki böhran şəraitində büdcədə hər qəpiyin qədrini bilmək lazımdır».

«Bakı Xəbər»: İnsanlar qənd və şəkər tozundan kütləvi imtina etməyə başlayıb

Milli çay dəsgahımızın vacib bir qidası işbazların əli ilə istifadə üçün yararsız hala salınır. Rasif Bağırov: «Qənd və şəkər tozunun əvəzinə meyvə qurusundan geniş istifadə olunmalıdır».

«Ədalət»: Apteklərdə yoxlamalar başladı

İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Dövlət Xidməti Səhiyyə Nazirliyinin mütəxəssisləri ilə birgə apteklərdə qoruyucu maskaların (respiratorlar) satışı ilə bağlı yoxlamalara başlayıb.

«Yeni Azərbaycan»: Ermənistan hakimiyyəti öz xalqını aldadır

Sarkisyan rejiminin təsiri altında fəaliyyət göstərən ölkə KİV-i yalan informasiyalar yaymaqla məşğuldur.
XS
SM
MD
LG