Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:25

Əli Həsənov bloqqerlərin həbsinə haqq qazandırır


«Onlar deyə bilərlər ki, bloqqerlər daha çox intellektlidir, onlar Qərbə daha yaxındırlar»
«Onlar deyə bilərlər ki, bloqqerlər daha çox intellektlidir, onlar Qərbə daha yaxındırlar»
«Beynəlxalq qurumların Adnan Hacızadə və Emin Millinin həbsi ətrafında Azərbaycanın daxilində və xaricində keçirdiyi etiraz aksiyaları qərəzlidir». Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov AzadlıqRadiosuun sualının cavablandırarkən belə deyib.

Şöbə müdiri bildirib ki, Avropa hüquq məkanına daxil olan dövlət kimi Azərbaycanda məhkəmələrin qərarlarına təzyiq göstərilmir:

«Azərbaycanda hər il xuliqanlıq maddəsi ilə yüzlərlə insan azadlıqdan məhrum edilir. Nəyə görə onların heç birinə reaksiya verilmir, ancaq bu bloqqerlərlə bağlı qərara münasibət bildirilir. Onlar deyə bilərlər ki, bloqqerlər daha çox intellektlidir, onlar Qərbə daha yaxındırlar. Ancaq Azərbaycan Cinayət Məcəlləsində belə bir bölgü yoxdur ki, kim intellektlidirsə, Qərbə daha yaxındırsa, ona az iş verilsin».

Əli Həsənov onu da deyib ki, əgər bu şəxslər haqlarındakı məhkəmə hökmündən narazıdırlarsa, Avropa İnsan Haqları Məhkəməsinə şikayət hüququndan yararlana bilərlər.

Bloqqerlər Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il azadlıqdan məhrum ediliblər. Beynəlxalq təşkilatlar məhkəmə hökmünü qərəzli sayır və azad sözə təzyiq kimi qiymətləndirirlər.

MÖVZU İLƏ BAĞLI FORUMDA MÜNASİBƏTİNİZİ BİLDİRƏ BİLƏRSİNİZ
XS
SM
MD
LG