Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:53

“Protokolu mərasimlə cırarıq”


Türkiyə Ermənistan arasında protokolların imzalanması. 10 oktyabr 2009
Türkiyə Ermənistan arasında protokolların imzalanması. 10 oktyabr 2009
ABŞ diplomatiyasının yüksək rütbəli bir məmuru ilə söhbət edirik. O, Ermənistan ilə Türkiyə arasında imzalanmış “Sürix Protokolları”nın aqibətini soruşur. Bunların Məclisdə qəbul edilməsinin nə qədər vaxt alacağı ilə maraqlanır. Sonra da bunu xatırladır: “Əslində çox vaxt da qalmayıb. Bu yaxında 24 aprel və “soyqırım” təzyiqi yenidən başlayacaq”.

Həqiqətən də Amerikadakı erməni lobbisi indidən hərəkətə gəlib. Diasporadakı sərtlik tərəfdarları Türkiyə Böyük Millət Məclisinin protokolları təsdiq etməyəcəyini ümid edirlər. Bu minvalla daralan hərəkət sahələrinə yenidən qovuşmağa ümid bəsləyirlər. Bizcə, söhbət etdiyimiz amerikalı səlahiyyətli nümayəndənin məsələyə yanaşmasında bəsit bir xatırlatmadan çox ciddi bir xəbərdarlıq var. Biz də “ayaq üstü deyilən bu sözlərin reallaşması halında bunun Türk ictimaiyyətində bir təhdid kimi qəbul ediləcəyini” dedik.

Türk tərəfinin yüksək rütbəli məmurlarından bir səlahiyyətli nümayəndəyə qısa müddət əvvəl bu sualı verəndə aldığımız ibrətamiz cavabı təkrarladıq: “Türkiyə ABŞ-dan gəlməsi ehtimal edilən 24 aprel təzyiqinin qarşısında “Onda biz də o protokolları mərasimlə cırıb atarıq”-deyir”.

Mazoxist yanaşma var

ABŞ-lı həmsöhbətimiz bu cavabımdan sonra bir müddət susdu. Üzündə “Bu çılğın Türklər həqiqətən bu işi görərlər” - şəklində bir ifadə yarandı. Hər halda, Türkiyənin 1974-cü ildə Vaşinqtonun sərt xəbərdarlıqlarına baxmayaraq, Kiprə getdiyini, ABŞ və Avropadakı bütün versiyaları puça çıxararaq mart qərar layihəsini rədd etdiyini xatırladı” - deyə düşündük.

Türkiyədə Ermənistan layihəsindən Ergenekon prosesinə qədər hər şeyin arxasında Amerikanı görən mazoxist bir yanaşma tərzi var. Ancaq ölkəmizə Vaşinqtondan baxanlar ABŞ-ın Ankara üzərində qədər zənn edildiyi qədər təsirli olmadığını bilirlər. Necə ki, ABŞ dövlət katibinin müavini Filip Gordon keçən həftə Ankarada keçirdiyi mətbuat konfransında “kürd layihəsi”nin arxasında Vaşinqtonun olub-olmamasına dair bir suala “Kaş ki, o qədər təsirli ola bilsəydik” - deyə cavab verdi. Əslində ABŞ o qədər təsirli olsaydı, Ankara bu gün İsraildən küsüb İran və Suriya ilə sevişməzdi. Əlbəttə ki, biz “Vaşinqtonun heç bir təsiri yoxdur”-demirik. Tarix bunun tərsini göstərir. Ancaq eyni tarix Türklərin nöqteyi-nəzərindən həyati əhəmiyyətli məsələlərdə bunun qüvvədə olmadığını göstərir. Məsələn, ABŞ düşünüldüyü qədər təsirli olsaydı, Qafqazda vəziyyəti çoxdan öz lehinə çevirərdi. Bu gün Türklərin əksinə Gürcüstan və Ermənistan ictimaiyyətləri önəmli dərəcədə Amerikaya tərəfdardır. Təbii ki, burada hər iki ölkənin Amerikadakı diasporasının təsiri də vardır. Azərbaycan da Vaşinqton ilə hərbi, mülki və iqtisadi məsələlərdə önəmli dərəcədə əməkdaşlıq etməkdədir.

Qafqazda böyük oyun

Bu əlverişli mövqeyinə baxmayaraq, Vaşinqton Qarabağ probleminin həllində bu günə qədər təsirli ola bilməmişdir. Sovet İttifaqının dağılmasından sonra Vaşinqton Şərqi Avropada gördüyü işləri Cənubi Qafqazda görə bilməmişdir. Xülaseyi-kəlam, bölgəni öz təsiri altına ala bilməmişdir. Mövcud balanslar və lokal reallıqlar buna mane olmuşdur. Necə ki, Gordonun keçən həftə ki mətbuat konfransında Qarabağ problemi ilə bağlı dediyi sözlər də ümid verici deyildi. Onun Ermənistanla münasibətlərin normallaşdırılması prosesi ilə Qarabağ problemi arasında əlaqə olduğuna dair Türkiyənin mövqeyini bildiyini deməsi də önəmli idi. Xoşuna gəlməsə də, bu sözlər ABŞ-ın bu əlaqəni qəbul etməsi mənasını daşıyır. Birbaşa olmasa da, bu əlaqə əslində normal bir həqiqəti təmsil edir.

Diasporanın soyqırım təşəbbüslərinin isə gündəlik həqiqətlərlə bir əlaqəsi yoxdur. Gündəlik həqiqətlə əlaqəsinin mövcudluğuna dair deyilən sözlər isə, əsasən, fərziyyələrdən ibarətdir.

Uzun sözün qısası - ABŞ da əslində “böyük oyunun” Qafqazda oynandığını bilir. Vaşinqton ermənilərin mənafeyi naminə bu bölgədəki mənafeyinə təhlükə yaratmayacaqdır. Türkiyə də eyni həqiqətlərlə üzbəüz olduğuna görə, o protokolları mərasimlə cırıb atmayacaqdır. Ancaq ABŞ iqtidarının “24 aprel xəbərdarlıqlarıyla” Məclisdəki protokolların qəbulunu sürətləndirməsi də səhvdir. Bunun faydadan çox zərər gətirəcəyi açıq-aşkardır.
XS
SM
MD
LG