Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:40

İnsan Haqları Evi Şəbəkəsi bloqqerlərin həbsini pisləyir


Bloggerlərin həbsinə reaksiyalar gəlməkdədir
Bloggerlərin həbsinə reaksiyalar gəlməkdədir
İnsan Haqları Evi Şəbəkəsi Azərbaycanda gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin azadlıqdan məhrum edilməsi barədə məhkəmə hökmünün ədalətsiz olduğunu, dərhal bu iş üzrə yeni araşdırma aparılmasını tələb edir.

Bu barədə bu gün Şəbəkəyə qoşulan dünyanın müxtəlif ölkələrindəki 34 insan haqlarını müdafiə təşkilatı adından Azərbaycan hökumətinə müraciətdə qeyd olunur.

Müraciətdə deyilir ki, son vaxtlar Azərbaycanda baş verən hadisələr bu ölkədə insan haqları, xüsusilə də fikir azadlığının təmin olunması sahəsində arzuolunmaz vəziyyət yarandığından xəbər verir.

Oktyabr ayında təhqir atmaq ittihamı ilə beş jurnalist məhkəməyə çəkilib, onlardan ikisi azadlıqdan məhrum edilib. Nəticədə Azərbaycan ATƏT məkanında ən çox jurnalistin həbsdə olduğu bir ölkəyə çevrilib.

Oktyabrın 29-da isə Ədliyyə Nazirliyinin əməkdaşları Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda yoxlamalar aparıb.

Yerli insan haqları təşkilatları məlumat verir ki, bloqqerlər Emin Milli və Adnan Hacızadə döyüldükləri üçün polisə müraciət etsələr də polis hücum edənləri yox, onların özlərini xuliqanlıq ittihamı ilə həbs edib.

İnsan Haqları Evi Şəbəkəsi ayrıca bir müraciət də yayaraq, Azərbaycanda qeyri-hökumət təşkilatlarının üzləşdikləri problemlərdən narahatlıq ifadə edib. Müraciətdə deyilir ki, Ədliyyə Nazirliyi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda bu quruma təzyiq kimi qiymətləndirilə biləcək bir yoxlama aparıb.

Şəbəkə bloqqerlər haqqında hökmü ədalətsiz hesab edir, Azərbaycan hökumətini bu işlə bağlı yenidən araşdırma aparmağa və bütün beynəlxalq standartlara uyğun ədalətli məhkəmə prosesini təmin etməyə çağırır.

MÖVZU İLƏ BAĞLI FORUMDA MÜNASİBƏTİNİZİ BİLDİRƏ BİLƏRSİNİZ
XS
SM
MD
LG