Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:30

Eynulla Fətullayev beynəlxalq mükafata layiq görüldü


Eynulla Fətullayev terrora çağırış ittihamı ilə 8 il yarım azadlıqdan məhrum edilib
Eynulla Fətullayev terrora çağırış ittihamı ilə 8 il yarım azadlıqdan məhrum edilib
Jurnalistlərin Müdafiə Komitəsi 2009-cu ilin Beynəlxalq Azad Mətbuat Mükafatı laureatlarının adlarını elan edib.

Bu mükafata 4 jurnalist layiq görülüb. Onların arasında hazırda həbsdə olan «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev də var.

Digər laureatlar bunlardır - Naziha Rəcibə (Tunisin «Kelime» onlayn-jurnalının redaktoru), Mustafa Hacı Abdinur (Somalidəki «Simba» radiosunun şef-redaktoru və Frans-Press agentliyinin müxbiri) və Cey Tissa (hazırda həbsxanada olan Şiri-lankalı jurnalist).

Təşkilatın icraçı direktoru Coel Saymon hakimiyyətləri hazırda həbsdə olan iki jurnalist Eynulla Fətullayev və Cey Tissanı dərhal azad etməyə çağırıb.

Eynulla Fətullayev terrora çağırış ittihamı ilə 8 il yarım azadlıqdan məhrum edilib. Jurnalist, həmçinin beynəlxalq hüquq müdafiə təşkilatları bu ittihamı qondarma hesab edir və həbsin onun peşə fəaliyyəti ilə bağlı olduğunu dəfələrlə bəyan ediblər.

Hazırda həbsdə olan digər laureat Cey Tissa da oxşar ittihamla - jurnalist fəaliyyətində terrora çağırış etdiyinə görə 20 illik azadlıqdan məhrum edilib. Əslində isə jurnalist öz yazılarında Şiri-Lankanın hərbi elitasının insan hüquq və azadlıqlarını pozmasından bəhs edirdi.

Mükafatın təqdimetmə mərasimi noyabrın 24-də Nyu-Yorkda olacaq.

Jurnalistlərin Müdafiə Komitəsi bu mükafatı hər il təhlükəli və repressiya şəraitində işləyən ən cəsur jurnalistlərə verir.
XS
SM
MD
LG