Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:34

«Ümumi yazıdan yox, konkret sözdən və cümlədən yapışsınlar»


Femida-007» qəzetinin baş redaktoru Əyyub Kərimov
Femida-007» qəzetinin baş redaktoru Əyyub Kərimov
Noyabrın 26-da Yasamal rayon Məhkəməsində Daxili İşlər naziri Ramil Usubovun «Femida-007» qəzetinin baş redaktoru Əyyub Kərimova qarşı xüsusi ittiham qaydasında irəli sürdüyü iddiaya baxılıb.

Prosesdə R.Usubovun vəkili Əlirza Əbilovun çıxışı dinlənilib. O deyib ki, Əyyub Kərimov «Azadlıq» qəzetinin səhifələrində polisin şərəf və ləyaqətini alçaldan fikirlər səsləndirib, Daxili İşlər naziri Ramil Usubovu Cinayət Məcəlləsinin 180, 181, 217 və 218-ci maddələri ilə ittiham etməklə ona böhtan atıb.

Həmin maddələrdə soyğunçuluqdan, quldurluqdan, banditizmdən və cinayətkar birliklər yaratmaqdan söhbət gedir.

Əyyub Kərimov isə AzadlıqRadiosuna deyib ki, onun polisə və nazirə böhtan atması məsələsində vəkil konkret danışmır:

«Desinlər ki, mən hansı cümləmdə yazmışam ki, bu soyğunçuluqdur, bu quldurluqdur, bu banditizmdir və ya nazir cinayətkar təşkilatlar yaradıb. Qoy ümumi yazıdan yox, konkret sözdən və cümlədən yapışsınlar».

Proses dekabrın 7-də davam edəcək. Həmin prosesdə isə Əyyub Kərimovun çıxışı dinlənəcək.
XS
SM
MD
LG