Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 20:23

Azərbaycan hələ də 1989-cu il səviyyəsinə çatmayıb


Goranboyda «Lalə-Tekstil» MMC-nin müəssisəsi, 20 noyabr 2009
Goranboyda «Lalə-Tekstil» MMC-nin müəssisəsi, 20 noyabr 2009
Dünyanın aparıcı təhlil və məsləhət şirkətlərindən olan Economist İntelligence Unit (EİU) təşkilatının Azərbaycan üzrə yeni hesabatı çıxıb.
Dünyanın 40 ölkəsində ofisləri və 750-dən çox təhlilçisi olan EİU 60 ildir ki, ölkələr üzrə təhlillər verir.

Economist İntelligence Unit təşkilatının 2010-2011-ci illər üçün Azərbaycanla bağlı əsas proqnozları:

1. Azərbaycanın enerji resursları üstə Qərblə Rusiya arasında rəqabət intensivləşəcək.

2. Yaxın 3 ildə Azərbaycan iqtisadiyyatı 9 faizlik illik artım sürətini saxlayacaq.

3. 2010-2011-ci illərdə enerji qiymətləri qalxmaqla istehlak qiymətlərini qaldıracaq.

4. Manat sabit qalacaq.

İQTİSADİ SİYASƏTLƏ BAĞLI PROQNOZLAR

1. Kommersiya banklarının xaricdən kapital tapmaqda, yerli kampaniyaların isə kreditlərə çıxmaqda çətinlikləri davam edəcək

2. Biznes mühiti çətin olaraq qalacaq -

səbəblər:

a) korrupsiya b) formal və qeyri-formal monopoliyalar

3. Qlobal iqtisadi vəziyyətin əvvəlki illərlə müqayisədə pisləşməsi hökumətə imkan verməyəcək ki, qeyri-neft sektorunu inkişaf etdirsin

4. 2010-cu ildə neftin orta qiyməti 75 dollar proqnozlaşdırılır, bu qiymət Azərbaycan büdcəsinin kəsirinin böyüməsinə imkan verməyəcək

İNFlYASİYA


2008-ci ildə inflyasiya 21 faizə çatmışdı. Ancaq bu il inflyasiya 1,7% olmalıdır. Neftin qiyməti düşəndə inflyasiya azalır.

Gələn il inflyasiya 6,4 %-ə qalxacaq.

DOLLAR, MANAT

Azərbaycanın xarici valyuta ehtiyatı sentyabrda 5 milyard 200 milyon dollar oldu. Gələn il bu ehtiyat artacaq.
Yaxın 3 ildə manatın məzənnəsi 1 dollara 79 qəpikdən aşağı düşməyəcək.

Manat yalnız o vaxt düşə bilər ki, dünyada neftin qiyməti çox kəskin düşsün.

EKSPRESS ŞƏRH

Azərbaycanın iqtisadi göstəriciləri belə yaxşıdırsa, onda həyat səviyyəsi bu göstəricilərdən niyə bu qədər geri qalır?

İqtisadçı Bloqqerlər Mərkəzinin sədri Natiq Cəfərli:

Səbəblər çoxdur. İqtisadi göstəricilərin olduğundan yaxşı görsənməsi problemi var. Məsələn, beynəlxalq aləmin, elə Azərbaycanın özündəki iqtisadçıların özünün də, istinad elədikləri statistika Azərbaycanın Statistika Komitəsinin rəsmi məlumatlarıdır. Başqa statistika yoxdur.

Və yaxud metodologiya problemi var. Məsələn, Azərbaycanda rəsmi orta maaş niyə yüksəkdir? Çünki orta maaş bütün işləyənlərin maaşlarını toplayıb, onların sayına bölməklə alınmır. Sektorlar üzrə orta maaşları toplayıb-bölürlər. Az adam işləyən bank sektoru hesabına ölkə üzrə orta maaş gəlib təxminən 350 manata yaxın çıxır.


HƏYATIN KEYFİYYƏTİ İNDEKSİ (HKİ)

Həyatın keyfiyyəti indeksinə (HKİ) görə Azərbaycan 160 ölkə arasında 89-cu yerdədir: 10 ballıq sistemdə 5,47 bal alır.

Son illər yüksək iqtisadi inkişaf sürətinə baxmayaraq Azərbaycan həyatın keyfiyyəti indeksində hələ də 1989-cu il səviyyəsinə çatmayıb.

EİU yazır ki, Azərbaycan 1989-cu ildən bəri avtoritar dövlət olaraq qalır, siyasi azadlıqlar da dəyişməyib.

1989 199520002006 2009
HKİ5.535.13 5.275.385.47
Dünyada yeri 729591 9789

AZƏRBAYCANLILARIN CƏMİ 25% FAİZİ HƏYATINDAN RAZIDIR

2006-cı ildə Dünya Bankının və Avropa Yenidənqurma və İnkişaf Bankının apardığı «Keçid Dövründə Həyat» adlı sorğuda azərbaycanlıların cəmi 25 faizi həyatından razılığını bildirib.

Bu, Gürcüstandan sonra MDB-də ən aşağı göstərici idi.

AZƏRBAYCAN ŞƏRQİ AVROPA İLƏ MÜQAYİSƏDƏ NƏ QƏDƏR VARLIDIR?

Adambaşına düşən daxili məhsula görə, Azərbaycan MDB məkanında çoxundan irəlidədir, ancaq Şərqi Avropa ilə müqayisədə hələ çox geridir.

Azərbaycan Sloveniydan 5 dəfə kasıbdır, Çexiyadan 4 dəfə.
XS
SM
MD
LG