Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:50

Əyyub Kərimov Ramil Usubovla barışmağa hazırdır


Əyyub Kərimov
«Femida-007» qəzetinin baş redaktoru Əyyub Kərimov Daxili İşlər naziri Ramil Usubovla barışmağa hazırdır. Bunu baş redaktor dekabrın 7-də Yasamal Rayon Məhkəməsində keçirilən prosesdə bildirib.

Məhkəmədə ifadə verən Əyyub Kərimov ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini söyləyib: «Mənim müsahibələrimdə, yazılarımda anlaşılmazlıq, düzgün başa düşülməmək ola bilər. Amma heç vaxt istər Daxili İşlər Nazirliyinə, istər də nazir Ramil Usubova böhtan atmaq fikrim olmayıb, bu gün yoxdur, sabah da olmayacaq».

Ə.Kərimov yaranan mübahisəni barışıq yoluyla həll etməyə hazır olduğunu bildirib və nazirin iddiasına səbəb olan yazılarla bağlı ekspertiza keçirilməsi haqda vəsatət qaldırıb. Məhkəmə vəsatətə dekabrın 8-də qiymət verəcək.

Daxili İşlər naziri amil Usubov iddia edir ki, Əyyub Kərimov «Azadlıq» qəzetində yazdığı məqalələrdə polisin şərəf və ləyaqətini alçaldan fikirlər səsləndirib, ona isə böhtan atıb.
XS
SM
MD
LG