Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:24

Ərdoğan: «Əvvəlcə beş rayon, sonra isə Laçın və Kəlbəcər azad edilməlidir»


Ərdoğan torpaqların boşaldılmasını belə sadalayıb: 5 rayon + Laçın + Kəlbəcər
Ərdoğan torpaqların boşaldılmasını belə sadalayıb: 5 rayon + Laçın + Kəlbəcər
Türkiyə baş naziri Rəcəb Tayip Ərdoğanın ABŞ-a başlayan səfəri zamanı onun Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının Qarabağ məsələsindən asılı olması barədə bəyanatı gözlənilməz olub.

Bu fikir, xüsusən, Ərdoğanın prezident Obama ilə görüşü zamanı səslənib.

5 RAYON + LAÇIN + KƏLBƏCƏR

Prezident Obama və baş nazir Ərdoğan
Obama ilə görüşdən sonra keçirilən mətbuat konfransında Türkiyə baş naziri bildirib ki, Azərbaycanın işğal edilmiş torpaqları boşaldılmasa, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması çətindir. Bu zaman Ərdoğan torpaqların boşaldılmasını belə sadalayıb: 5 rayon + Laçın + Kəlbəcər.

Ərdoğanın səfəri ərəfəsində Obama ermənilərə məktub göndərərək, Türkiyə ilə imzalanmış protokolun türk parlamentinə göndərilməsini alqışlayıb və bu sənədin qəbuluna çağırıb.

«BU MƏSƏLƏNİ PARLAMENTDƏ SİYASİ İRADƏ İLƏ HƏLL ETMƏK MÜMKÜN DEYİL»

Ərdoğanın işğal edilmiş ərazilərin azad edilməsi zərurəti barədə bəyanatından sonra jurnalistlər Ərdoğana çoxsaylı suallar veriblər ki, Türkiyə öz mövqeyini niyə dəyişib - əvvəllər, yəni Ermənistanla protokol imzalayanda Qarabağ şərtini irəli sürmürdü, indi isə sürür.

Ərdoğan isə belə cavab verib ki, Ankara öz sözünü tutub və protokolları parlamentə şərtsiz göndərib. Parlamentdə nə olacağı isə onlardan asılı deyil. «Bu məsələni parlamentdə siyasi iradə ilə həll etmək mümkün deyil», deyə o qeyd edib.
Obama protokolun türk parlamentinə göndərilməsini alqışlayıb


«NABUCCO» BARƏDƏ

Türkiyə «Nabucco» qaz kəməri layihəsinin əleyhinə deyil, amma Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi onun reallaşmasına mane olur. Türkiyəli baş nazir Ərdoğanın Vaşinqtonda mətbuat konfransında verdiyi bəyanatlardan və ABŞ paytaxtındakı çıxışlarından belə nəticə çıxarmaq olar.

«Biz Nabucco ilə bağlı öz həssaslığımızı çatdırdıq. Bəziləri elə bilir ki, bu kəmərdən axacaq qaz təkcə Azərbaycana məxsusdur, bu, belə deyil. Azərbaycanın öz payı 10 faizdir, biz onu 25-ə çatdırmaq istəyirik. Qalan qaz isə ayrı-ayrı şirkətlərə məxsusdur. Biz öz tərəfimizdən bu kəmər üçün lazım olanı edirik.

Azərbaycan tərəfi də bunu edəcək, yaxud etməyəcək, bunu zaman göstərəcək», deyə Ərdoğan ikimənalı bəyanat verib.

Məlumatları «Turan»ın Vaşinqton müxbiri verib
XS
SM
MD
LG