Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:00

Bloqqerlərin apellyasiya şikayətinə dekabrın 22-də baxılacaq


Emin Milli və Adnan Hacızadə bu ilin noyabrında xuliqanlıq ittihamı ilə müvafiq olaraq, 2,5 və 2 il müddətinə həbs ediliblər
Emin Milli və Adnan Hacızadə bu ilin noyabrında xuliqanlıq ittihamı ilə müvafiq olaraq, 2,5 və 2 il müddətinə həbs ediliblər
Apellyasiya Məhkəməsində bloqqerlər Adnan Hacızadə və Emin Millinin şikayətinə dekabrın 22-də hakim Qail Məmmədovun sədrliyi ilə baxılacaq.

Bu barədə Turan agentliyinə Adnan Hacızadənin vəkili İsaxan Aşurov bildirib.
«Şikayətə obyektiv baxılacağına ümid edirik», deyə vəkil bildirib.

Emin Milli və Adnan Hacızadə bu ilin noyabrında xuliqanlıq ittihamı ilə müvafiq olaraq, 2,5 və 2 il müddətinə həbs ediliblər. Bloqqerlər onlara qarşı irəli sürülən ittihamla razılaşmırlar. Beynəlxalq hüquq müdafiə təşkilatları da Emin Milli və Adnan Hacızadənin həbsini pisləyib və onların azadlığa buraxılmasını tələb edirlər.
XS
SM
MD
LG