Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:42

750 METRLİK BORU NECƏ OĞURLANIR?


«Dekabrın 14-də «Azəriqaz» İB-yə məxsus qaz istismarı sahəsindən 750 metr uzunluğunda qaz borusunu oğurlamış Binə qəsəbəsinin sakini Rəhman Quliyev Əzizbəyov Rayon Polis İdarəsinin əməliyyat-axtarış tədbirləri nəticəsində... tutulmuşdur». / AzərTAc - 23 dekabr /

GƏNCƏDƏ 48 METR UZUNLUĞUNDA TORT


Dekabrın 24-də Gəncədə prezident İlham Əliyevin ad günü ilə bağlı 48 metr uzunluğunda, 11 ton ağırlığında tort bişirilib.

Gəncə bununla Avropanın ən böyük tort rekordunu vurub.

Torta baxmağa və yeməyə 30 min adam gəlib.

Tortun hazırlanmasına 3.5 ton un, 3 ton qənd, 500 kq kərə yağı, 35 min yumurta, 500 kq qoz sərf olunub.

Tortun pulunu Gəncə biznesmenləri verib.

ŞÜAR YAZILMIŞ PULLARI DÜKANLAR GÖTÜRMƏYƏCƏK

İran qərar verib ki, yanvarın 1-dən üstündə şüar olan pulları dükanlar, banklar götürməsin.

Üstündə «O Hüseyn, Mirhüseyn» yazılmış banknotlara İranda tez-tez rast gəlmək olar.

Bu şüarı müxalifət lideri Mirhüseyn Musəviyə simpatiyasını bildirənlər yazırlar.

Hakimiyyətin səbir kasasını daşdıran isə Ayətulla Möntəzirinin ölümündən sonra 20 min riallıq banknotun üstündə «Möntəziri ölməyib» şüarının yazılması olub.

Ayətullah Xomeyni dövründən dissident olan 87 yaşlı Ayətulla Möntəziri İranda yaşıl rəngdən etiraz kimi istifadə olunması ideyasının müəllifidir.
XS
SM
MD
LG