Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 03:27

Musa Musayev «od püskürdü»


Musa Musayev prezidenti salamlayır. Naftalan. Mart 2008
Musa Musayev prezidenti salamlayır. Naftalan. Mart 2008
«Bizim Yol»: Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin Naftalanda saxtakarlıq şəraitdə keçirildiyini bəyan edib.

Qəzetə açıqlamasında isə Naftalanın icra başçısı Musa Musayev barəsində səsləndirilən ittihamlara münasibət bildirib. İcra başçısı seçki prosesinə müdaxilə etmədiyini deyib: «Bu fikirləri Məzahir Pənahov səsləndirib, bu onun öz fikirləridir. Mən neçə il deputat olmuşam və qanunvericiliyi də yaxşı bilirəm. Nəyə görə, seçkiyə müdaxilə etməliyəm axı. Kim nə deyirsə, desin, bu onların öz fikirləridir».

«2009-cu ilin bələdiyyə seçkisinin «qurbanı» olmayacaqsınız» sualına isə Musa Musayev cavab verməkdən imtina etdi. Belə ki, sualımızı eşidən icra başçısı telefonun dəstəyini asdı.

«Azadlıq»: MTN yatıb?

Rusiyanın saytlarında Azərbaycan xalqı və dövlət başçısı təhqir olunur, xüsusi xidmət orqanlarımızsa buna göz yumur.

«Yeni Müsavat»: «Böyük Quruluş nə partiyadır, nə müxalifət»

Fazil Mustafanın partiyasını «seçkidə ikinci yer tutan müxalifət» adlandırması etiraz doğurdu.

«Azərbaycan»: Dövlətin islahatlar strategiyasının siyasi-elmi təminatı və modernləşmənin tələbləri

Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyevin məqaləsi belə adlanır.

«Yeni Azərbaycan»: Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclar silinib

Prezident İlham Əliyevin bu barədə fərmanını əhali yüksək qiymətləndirir, onun xalqa əsl Yeni il hədiyyəsi, dövlətin vətəndaşlara diqqət və qayğısını bariz nümunəsi olduğunu bildirirlər.
XS
SM
MD
LG