Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:30

«Eynulla Fətullayev çox şey bilir»


Mehman Əliyev: «Eynulla Elmar Hüseynovla bağlı informasiya daşıyıcısıdır»
Mehman Əliyev: «Eynulla Elmar Hüseynovla bağlı informasiya daşıyıcısıdır»
«Azadlıq»: Mehman Əliyev: «İndiki mərhələdə hakimiyyət onun azadlığa çıxmasında maraqlı deyil».

«Eynulla Elmar Hüseynovla bağlı informasiya daşıyıcısıdır. O dəfələrlə bəyan edib ki, qətli kimin törətdiyini bilir. Hətta belə bir bəyanat da vermişdi ki, bu işin araşdırılmasını Ramil Usubova versinlər. Mən bilirəm ki, o müraciətlər yazır, dövlət orqanlarındakı məsələləri açıqlayır. Ona görə də hakimiyyət üçün faktiki olaraq problemdir».

«Yeni Müsavat»: Müxalifətin nəhəng bloku yaradılır

Amma ortaya yenə problem çıxıb.

«Bizim Yol»: «Azərbaycanda kütləvi siyasət ölüb»

Hikmət Hacızadə: «Siyasi liderlər isə İnternetə köçüblər».

«Şərq»: Türkiyəyə böyük güzəşt də edilə bilər

Millət vəkili Nazim Məmmədov qazın qiyməti ilə bağlı yaranmış mübahisənin mətbuat səhifələrinə çıxarılmasını məqbul saymır.

«Bakı xəbər»: Bakıda qadağan olunmuş dini kitabların yayılmasının əsl mexanizmi aşkarlanıb

Sərhəd keçid məntəqələrində belə kitabların müsadirəsi mənasız bir üsula çevrilib.

«Yeni Azərbaycan»: Ötən il Dağlıq Qarabağ münaqişəsinin həlli yönümündə ən intensiv dönəm kimi yadda qaldı

Bütün müsbət tendensiya və proseslərin əsasında duran başlıca faktor Azərbaycanın həyata keçirildiyi uğurlu, uzaqgörən xarici siyasi-strateji kursdur.

«Azərbaycan»: Azərbaycan beynəlxalq birliyin daha güclü tərəfdaşına çevrilir

Prezident İlham Əliyev müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə keçirdiyi görüşlər Azərbaycana mühüm uğurlar qazandırıb.
XS
SM
MD
LG