Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:24

BƏNƏNYARDA NƏ QƏDƏR ADAM YAŞAYIR - RƏSMİ VƏ QEYRİ-RƏSMİ


Bənəniyar kəndi quş uçuşu yüksəkliyindən
Bənəniyar kəndi quş uçuşu yüksəkliyindən
«Culfa rayonu Bənənyar kəndində təxminən 4.000 adam yaşayır. Qadın, kişilərin say nisbəti təxminən 50/50-dir».

Bunu kənd sakinləri deyir.

«Vikipediya»da isə Bənənyar sakinlərinin sayı 6.000 göstərilib. Bənəniyar Culfanın ən iri yaşayış məntəqələrindən biri sayılır.

Culfadan 35, Naxçıvandan 30 km aralı yerləşir. Culfadan, Naxçıvandan gündə beş dəfə avtobus gedib-gəlir.

NAXÇIVANIN ƏN İRİ SU ANBARLARINDAN BİRİ

Bənəniyar su anbarı (12,7 mln. m³) 80-ci illərdə tikilib. Anbar Bənənyar su kanalının üzərində yerləşir. Bu kanal Əlincə çayından başlayır.

Sovet dövründə Bənənyarda 5 kəndi birləşdirən V.İ. Lenin adına sovxoz olub.

«BƏLƏDİYYƏ SƏDRİ KİM OLDU, XƏBƏRİMİZ YOXDUR»

Yerli sakinlərdən aldığımız məlumata görə, kəndin bələdiyyə sədri Lətif Yusifov olub, icra nümayəndəsi Şahbaz Əsgərov. Ancaq indi kimdir bilmirlər. Bənənyar bələdiyyəsi 6 saylı Culfa-Babək seçki dairəsinə aiddir. 34632 seçicisi olan bu dairədə seçici fəallığı 40 faiz olub.

23 dekabr bələdiyyə seçkisində bu bələdiyyəyə 9 namizəd seçilib. Namizədlərin tam siyahısı belədir:

İmanov Ramin Gülağa613
Babayev Nuşirəvan Süleyman612
Quliyeva Sevinc Ramiz580
Allahverdiyev Məmməd Allahverdi577
Rzayev Abtalib Hacı564
Məmmədli Ramin İbrahim562
Abbasova Gülnar Əsgər556
Həbibzadə Cahangir Cavanşir554
Məmmədov Əli Şakir547

SAYILAN, SEÇİLƏN BEŞ KƏNDDƏN BİRİ

Sakinlər deyirlər ki, tarixən bu kənddə orta məktəb olub. Qonşu kəndlərdən (Əbrəqunus, Kırna, Noraşen, Qazançı) də gəlib burda təhsil alıblar. Qonşu kəndlərdən fərqli olaraq, Bənənyarın orta ümumtəhsil məktəbi olub. Sakinlər kəndin tanınmışları sırasında professor İzzət Bənəniyarski, Təbriz Bənəniyarlı, Nazim Nəcəfquliyev, Akim Əliyevin adlarını çəkir.

BƏNƏNİYAR QARA SİYAHIDA?


Sakinlər xatırlayır ki, 2007-ci ildə də Bənəniyarda mağazaları, dükanları, çayxanaları söküblər. Onda da ağsaqqallar döyülüb.

«Rəhmətlik (mərhum prezident Heydər Əliyev nəzərdə tutulur), Allahşükür Paşazadə bizim kənddə olub və razı gediblər. Başqalarını qorxutmaq üçün bizə həmişə əziyyət veriblər. Nə Naxçıvan Ali Məclisinin sədrindən, nə siyasi quruluşumuzdan heç bir narazılığımız yoxdur».
XS
SM
MD
LG