Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:29

Əvvəl zərərçəkmiş, sonra dələduz...


«GEN» MMC işi ilə bağlı yanvarın 26-na təyin olunmuş məhkəmə iclası növbəti dəfə qeyri-müəyyən səbəblər üzündən baş tutmayıb
«GEN» MMC işi ilə bağlı yanvarın 26-na təyin olunmuş məhkəmə iclası növbəti dəfə qeyri-müəyyən səbəblər üzündən baş tutmayıb
Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən şəhər sakini Fuad Kərimov həbs edilib. «GEN» MMC şirkəti ilə bağlı cinayət işində bir qrup zərərçəkmişin hüquqlarını müdafiə edən hüquqşünas Vidadi İskəndərli AzadlıqRadiosuna bildirib ki, həmin şəxs «GEN» MMC rəhbərliyinin cinayətlərini araşdıran istintaq tərəfindən əvvəllər zərərçəkmiş kimi tanınıb. Belə ki, Fuad Kərimov şirkət rəhbəri tərəfindən 200 min manatının mənimsənildiyini iddia edib və zərərçəkmiş kimi tanınıb.

YALANÇI ZƏRƏRÇƏKMİŞ

Zərərçəkmişlərin telekanallara çıxmasını, müxtəlif etiraz aksiyalarını da bu şəxs təşkil edib. O, mənzil almaq üçün Elbrus Əliyevə verdiyi 200 min manatın dövlət tərəfindən ödənilməsini tələb edib. Lakin istintaq zamanı məlum olub ki, o, istintaqa bilə-bilə yalan məlumat verib. İstintaq Elbrus Əliyevin və şirkətin digər rəhbər işçilərinin Fuad Kərimova yazdıqları telefon mesajlarını araşdırıb.

Həmin mesajlarda Elbrus Əliyev Fuad Kərimovdan ona olan 15 min manat borcunu geri tələb edibmiş. İstintaq araşdırıb ki, Fuad Kərimovla Elbrus Əliyevin yaxın münasibəti olub və əslində Fuad Kərimovun ona 15 min manat borcu var imiş. Elbrus Əliyevin düşmüş vəziyyətindən istifadə edərək özünü istintaqa zərərçəkmiş kimi tanıdıb ki, gələcəkdə məhkəmə ona da şirkət rəhbəri tərəfindən pul ödənilməsini təmin etsin.

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Fuad Kərimov Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham olunur.

MƏHKƏMƏ YENƏ TƏXİRƏ SALINDI

«GEN» MMC işi ilə bağlı yanvarın 26-na təyin olunmuş məhkəmə iclası növbəti dəfə qeyri-müəyyən səbəblər üzündən baş tutmayıb. Proses fevralın 5-nə keçirilib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə «GEN» MMC-nin rəhbəri Elbrus Əliyevi və şirkətin 10-dan artıq əməkdaşını mühakimə edir. Onlar mənzil almaq istəyən 373 nəfəri aldadaraq pullarını mənimsəməkdə təqsirləndirilirlər. Məhkəmə prosesi 8 aydan artıqdır ki, davam edir.
XS
SM
MD
LG