Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:27

Orduda haqq-ədalət qorunmayanda əsgərlər özləri haqq-hesab çəkməyə başlayır…


Emin Həsənli və Ələkbər Məmmədov
Emin Həsənli və Ələkbər Məmmədov
Yanvarın 28-də Azərbaycandakı hərbi hissələrin birində silahlı toqquşma baş verdi. İlkin məlumatlara görə, iki əsgər 4 hərbiçini qətlə yetirib, ikisini isə ağır yaralayıb. Sonra da həmin iki əsgər də özünü qətlə yetirib.

Budəfəki «Panorama» verilişində silahlı qüvvələrə ictimai nəzarəti həyata keçirən iki QHT təmsilçisi bu olayı fərqli baxışlardan təhlil ediblər.

Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin direktoru Ələkbər Məmmədov:

«Mən bu hadisədə ölən bütün hərbçiləri qurban sayıram. Azərbaycanda yüksək çinli məmurlar orduya öz övladlarını vermir, onları xaricə göndərirlər. Onlar bir-birlərinə orden-medal paylamaqla məşğuldurlar. Orduda kasıb təbəqədən çıxan insanlar isə dözülməz şəraitdə saxlanılır. Zabit heyəti tez-tez nizamnaməni pozur, sıravi heyətə qarşı zor, işgəncə halları baş alıb gedir. Azərbaycan ordusunda korrupsiya artıq çiçəklənib. Kim şikayət edirsə, sonradan təqiblə üzləşir. Ona görə də bütün bu hadisələr baş verir…».

Silahlı Qüvvələrə İctimai Nəzarət Mərkəzinin sədri Emin Həsənli:

«Mən isə Ələkbər Məmmədovun fikirləri ilə razılaşmıram. Dünyanın istənilən ordusunda belə hallara rast gəlmək olar. Bir neçə zabitin, komandirin əməllərinə görə də bütün orduya qara yaxmaq olmaz. Orduda baş verən bütün qanunsuzluqlar araşdırılır və təqsirkarlar tapılıb ədalətin mühakiməsinə verilir. Əksinə, Ələkbər Məmmədov kimi insanlar da sonradan belələrinin müdafiəsinə qalxırlar. Hay-küy qaldırırlar ki, insan hüquqları pozulub»…

Buna da bax:

XS
SM
MD
LG