Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 15:45

«Əli müəllim zarafat edib»


Sabir Rüstəmxanlı
Sabir Rüstəmxanlı
«Əli müəllim diqqətli olub aşırı zarafatlara yol verməməlidir».

Bunu «İşdən Sonra» proqramının birinci hissəsinin qonağı olan Natiq Güləhmədoğlu Əli Həsənovun soyadların «az» sonluğu ilə bitməsi təklifinə münasibət bildirərkən deyib:

«Mən bu təklifdə məntiq axtarmışam amma tapa bilmirəm. Məncə parlament Azərbaycanın müstəqillik tarixində tənbəl, qeyri işgüzar, qeyri professional parlamentdir. Bunlar ciddi müzakirə etməyə mövzu tapmırlar».

Proqramda millət vəkili Sabir Rüstəmxanlı və hüquqşünas Ənnağı Hacıbəyli mövzu ilə bağlı fikirlərini bildiriblər.

Sabir Rüstəmxanlı: «Belə ruhla dövləti qorumaq, birləşmək olmaz. Əli müəllim yəqin zarafat edib. Bu məsələ ilə zarafat etmək olmaz. Bu, lap prezident olsun nə qədər nüfuzlu xadim olur olsun, bir nəfərin istəyi olan şey deyil. Ənənəyə söykənməlidir. Hər nəslin adı var, qanun ona baxıb. Bunu sadəcə həyata keçirmək lazımdır. Normal, yüz illər boyu formalaşmış nəsil adları var ki, bunları dirçəltmək lazımdır».

Ənnağı Hacıbəyli: «Soyad sonluqlarında ifrata varmaq düzgün olmazdı. İki fikir təkrar olunur - birincisi əksər millətlər kimi bizim bir cür soyadımız olmalıdır, ikinci halda seçim insanlara verməlidir. Birinci halda xalqın ölkə dışında tanınması ilə bağlı kriteriya irəli çəkilirsə, ikinci halda insan haqları, hüquqi dövlət kriteriyası önə çəkilir. Hər bir halda az sonluğunu qəbul edilməsini məqbul saymıram».

Proqramda Milli Məclisin Mədəniyyət məsələləri komitəsinin Nizami Cəfərovun da fikri səsləndirilib.

Daha nələr oldu? Hansı fikirlər səsləndirildi?

PROQRAMI DİNLƏYİN.

MÖVZU İLƏ BAĞLI FİKİRLƏRİNİZİ BURADA BİLDİRƏ BİLƏRSİNİZ
XS
SM
MD
LG