Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:03

Nəticə mərkəzli xarici siyasət


(Köşə yazarları Türkiyə-Ermənistan münasibətləri barədə)
Cüneyt Ülsevər (“Hürriyyət”)

Ermənistan ilə sərhədləri açmaq –«qonşularla sıfır problem»i olan bir ideoloji xarici siyasət cəhdidir; ancaq romantik tərəfi nə qədər üstünlük təşkil etsə də, Azərbaycanla münasibətlər Türkiyənin enerji ehtiyacları ilə bağlı real xarici siyasətdir.

Əvvəl də yazdım; siz həm (A), həm (B) qonşunuzla sıfır problemə cəhd göstərə bilərsiniz; hətta burada bir qədər uğur da qazana bilərsiniz.Ancaq (A) ölkəsi ilə (B) ölkəsi arasındakı problemlər sizin nəzarətinizdən kənardadır və bu problemlər istər-istəməz sizin (A) və (B) ölkələri ilə yaradacağınız münasibətlərə təsir göstərər. Xarici siyasət çox dəyişə bilən bir matriksidir. Qaça bilməyəcəyiniz ziddiyyətlər əvvəl-axır qabağınıza çıxır.

Məsələn, Ahmet Davutoğlu «Hürriyyət» qəzetində son vaxtlar uğurlu müsahibələr çap etdirən Cansu Çamlıbelə verdiyi açıqlamalarda Ermənistanla imzalanan protokolların bu qədər təsadüfi sayıla bilməyəcəyini bəyan edir və bu nöqtələrin altından xətt çəkir:

1) Birinci, Ermənistan Konstitusiya məhkəməsinin imzaladığımız protokollara qəbul edə bilməyəcəyimiz şərhlər verən qərarı gəldi.
2) Ondan sonra Əliyev və Sarkisyanın Qarabağ məsələsi ilə bağlı olaraq Soçidə keçirdiyi son görüşdə Ermənistan tərəfi uzlaşmaçı mövqeyindən geri addım atdı.
3) İndi də ABŞ Konqresinə bu layihə (sözdə “soyqırım”) təqdim edilir(4 martda Konqresə təqdim ediləcək-C.Ü.). Nədən indi gündəliyə gəlir? Niyə, məsələn, noyabrda qərar qəbul edilmir?

«QAZI O TƏRƏF-BU TƏRƏF ÇEVİR Kİ, YANMASIN»

Məncə, nazirin yuxarıdakı açıqlamaları ideoloji xarici siyasətlə real xarici siyasət arasında sıxışan və ona –buna mavi muncuq paylayaraq vəziyyəti idarə etmə cəhdinə doğru itələnmiş Türkiyə xarici siyasətinin əhvali-ruhiyyəsini göstərən ən son örnəkdir. Bu, ziddiyyətlərin daha da çoxaldığının göstəricisidir.

1) Ermənistan Konstitusiya məhkəməsi protokolları olduğu kimi qəbul etmişdir. Heç bir maneçilik törətməmişdir.Sadəcə bəzi şeyləri xatırlatmışdır. Bu xatırlatmalar son imzaya maneçilik törətmir.
2) Yuxarı Qarabağ məsələsində Azərbaycan ilə Ermənistan arasında yaşanan sıxıntılar protokolları zərrə qədər də maraqlandırmır; çünki protokollarda Ermənistanın üçüncü ölkələrlə münasibətlərinə bir istinad olmadığına görə, Ahmet Davutoğlu protokolları dünyanın gözü qabağında imzalayarkən orada Yuxarı Qarabağa dair heç bir şərt olmadığını çox yaxşı bilirdi. Protokollar imzalanandan sonra Azərbaycan haqlı şəkildə reaksiya göstərən kimi, Türkiyə Yuxarı Qarabağ məsələsini «Qazı o tərəf-bu tərəf çevir ki, yanmasın»-məntiqi ilə ortaya atdı.
3) ABŞ Konqresinin «sözdə soyqırım layihəsi» hər il bu mövsümdə gündəliyə gətirilir. Bunu Davutoğlunun bilməməsi qeyri-mümkündür.

Mən də Davutoğluna «təsadüflərə inanmamaq» yerinə, «ona –buna mavi muncuq paylama» siyasətinin əvvəl-axır bir yerə çarpılacağını bilərək siyasət yapmasını tövsiyə edirəm.
XS
SM
MD
LG