Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:49

«İnanc insanların ləyaqət hissinin tapdanmasının qarşısını alır»


İlqar İbrahimoğlu
İlqar İbrahimoğlu
«İşdən sonra» proqramında Dini Etiqad və Vicdan Azadlığının Müdafiəsi Mərkəzinin (DEVAMM) rəhbəri, «Cümə» məscidi dini icmasının rəhbəri İlqar İbrahimoğlu «Quran» təlimi üçün lisenziya məsələsinə münasibət bildirərkən belə deyib:

- Siz necə ki, mətbuatla qanunu anlamırsız, mən də «Quran» təlimlərini reqlamentləşdirmə səylərini anlamıram. Ümumiyyətlə, İslam dini gələndən «Quran»la bağlı təlimlərin qarşısını alma cəhdləri olub. Durub deyəndə ki, «Quran» təlimi məsciddə keçirilməlidir və bəlli insanlar keçməlidirlər, bu, ümumiyyətlə anlaşılmayan bir şeydir. Açığ,ı mən məsələni başa düşmürəm, buna görə də onu ironik və yumorla qarşılamaq istəyirəm

İlqar İbrahimoğlu o cümlədən qeyd edib ki,

- Firdovsi Kərimov tərəfindən yayımlanıb bu məsələ. Bəlkə o özü səhv başa düşüb. Tam anlamayıb. Amma tam aydın deyil bu məsələ. Praktik olaraq din, etiqad azadlığı sahəsində deyil bu məsələlər. Ölkədəki bütün hüquq və azadlıqlar sahəsində absurd məhdudiyyətlərin qoyulması gedir və bu, özünü o cümlədən vicdan azadlığı sahəsində göstərir. İllər boyu ədəbiyyata senzura var. Bu, anlaşılmazdır. Xarici ədəbiyyat çap olunur, bir problem çıxanda məhkəmədə həll olunur. Amma dini ədəbiyyat çap olunmazdan icazəsi olmalıdır, sonra çap edilməlidir. Komitənin içində qrup var onlar bunun senzurası ilə məşğuldurlar, bu, böyük biabırçılıqdır. İkinci məsələ icmaların fəaliyyəti ilə bağlı qanunun qəbulu ilə bağlıdır. Ölkədə olan xristian dini icmaları qeydiyyat baxımından daha sərbəstdirlər, istəyərlər qeydiyyatdan keçərlər, istəməzlər keçməzlər. Amma müsəlman icmaları məcburi olaraq qeydiyyatdan keçməlidirlər. Üçüncü məsələ ondan ibarətdir ki, xaricdə din təhsili alan insanlar ölkədə dini fəaliyyətlə məşğul ola bilməzlər. Bu da absurddur. Bu lisenziya məsələsi insanı təəccübləndirmir, amma nə formada olacaq kifayət qədər məchul olaraq qalır. Komitənin səlahiyyətli adamı bu barədə hələ danışmayıb. Ola bilsin Firdovsi Kərimov nəyisə qarışdırıb.

İLQAR İBRAHİMOĞLU DAHA HANSI MƏSƏLƏLƏRƏ TOXUNDU, BİLMƏK İSTƏYİRSİNİZSƏ PROQRAMI DİNLƏYİN.
XS
SM
MD
LG