Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:00

Dindarlarla polis arasında toqquşma olub


Polis «Nizami» metrosundan başlayan yürüşün heç bir şüar səsləndirmədən ara küçələrdən keçməsinə icazə verib. Sonradan dindarların «Allahu Əkbər!», «Hər gün Aşura, hər gün Kərbəla!» şüarları səsləndirməsi polislə toqquşmaya səbəb olub

Aksiyada 15 nəfər saxlanılıb.

Bu barədə AzadlıqRadiosuna Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov məlumat verib:

«Dindarlar qanunsuz yürüş keçirməyə cəhd göstəriblər. Polis əməkdaşları onlardan bu hərəkətlərinə son qoymağı tələb ediblər. Çünki onların bu hərəkəti ictimai nəqliyyatın intensiv hərəkətinə mane olurdu, insanların gediş-gəlişini çətinləşdirirdi. Ancaq təəssüf olsun ki, aksiyanın bir neçə üzvü polisin qanuni tələblərinə məhəl qoymayaraq hüquqa zidd hərəkətlərini davam etdirib. Təxminən 15 nəfər saxlanaraq ərazi polis bölməsinə aparılıb. Araşdırma aparılır və araşdırmanın nəticəsindən asılı olaraq tədbir görüləcək» .

Ehsan Zahidov yaralıların olduğunu istisna edir.

Fevralın 13-də Bakıda bir qrup dindarla polis arasında toqquşma olub. Yaralanan və saxlananlar var.

Dindarlar Məhəmməd peyğəmbərin ölüm günü və Xocalı faciəsi ilə əlaqədar Şəhidlər Xiyabanına yürüş edib, əklil qoymaq istəyiblər.

Polis əvvəl «Nizami» metrosundan başlayan yürüşün heç bir şüar səsləndirmədən ara küçələrdən keçməsinə icazə verib. Sonradan dindarların «Allahu Əkbər!», «Hər gün Aşura, hər gün Kərbəla!» şüarları səsləndirməsi polislə toqquşmaya səbəb olub.

Dindarlar polisə daş atıb, polis dəyənəklərdən istifadə edib.
XS
SM
MD
LG