Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:24

Mehriban Əliyeva “Şərəf Legionu” ordeni aldı


Prezident İlham Əliyev xanımı Mehriban Əliyevaya Heydər Əliyev ordenini təqdim edir, 10 may 2009
Prezident İlham Əliyev xanımı Mehriban Əliyevaya Heydər Əliyev ordenini təqdim edir, 10 may 2009
Fransa prezidenti Nikola Sarkozi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edib.

Sarkozi bu münasibətlə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. O, məktubunda yazıb ki, Mehriban Əliyeva bu ali mükafata Fransaya münasibətdə göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyi sadiqliyinə görə layiq görülür.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərkəzi ofisləri Parisdə yerləşən BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) və İslam Təhsil, Elm və Mədniyyət Təşkilatının (ISESCO) xoşməramlı səfiridir.

Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu keçən il Strasburq Kafedral kilsəsinin şüşələrinin təmirinə 40 min avro yardım edib. Bu Fond həmçinin Versal sarayında nümayiş etdirilən iki abidənin də bərpasına maliyyə yardımı göstərib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva

Bu yaxınlarda məlum oldu ki, Azərbaycan Luvr muzeyində də xalçalar kolleksiyasının bərpasına bir milyon avro ayırıb.

Mehriban Əliyevanın layiq görüldüyü “Şərəf Legionu” ordeni dünyanın məşhur ictimai-siyasi, dövlət, mədəniyyət və elm xadimlərinə, sərkərdələrə verilir. Ordeni 1802-ci ildə imperator Napoleon Bonapart təsis edib.

Fransanın ən yüksək dövlət mükafatı olan “Şərəf Legionu” ordeninin 5 dərəcəsi var. 11 nəfərdən ibarət Mükafat Komissiyası ordenə təqdim olunan şəxslər barədə məlumatları araşdırdıqdan sonra ordenin verilməsinə razılaşır.

Mehriban Əliyeva 2009-cu ildə Azərbaycanda da ən böyük mükafatlardan hesab edilən Heydər Əliyev Ordeni ilə təltif olunub.
XS
SM
MD
LG