Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:47

«Xəzər dənizini duzdan qurtarmaq üçün atom reaktoru qurulmalıdır»


Xəzərin İran bölməsi
Xəzərin İran bölməsi
«Xəzər dənizini duzdan qurtarmaq və əhalinin istifadəsinə vermək üçün ilk növbədə atom reaktoru qurulmalıdır».

Ekoloq Telman Zeynalov «İşdən sonra»da prezident İlham Əliyevin ekoloji məsələlərə həsr olunmuş iclasda Xəzər dənizinin suyunun şirinləşdirilməsi və ondan içməli su kimi istifadə olunması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən belə deyib.

Ekoloq prezidentin irəli sürdüyü təklifin əleyhinə olduğunu bildirib:

«Bunun üçün ilk növbədə atom reaktoru qurulmalıdır. Bu xammal haradan gətiriləcək, harada basdırılacaq, onu necə təmizləyəcəklər məsələləri sual doğurur».

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mütəllim Əbdülhəsənov isə deyir ki, su təmizləyici qurğular elektrik enerjisi ilə işləyir, ondan kənd təsərrüfatında və ağacların suvarılmasında istifadə olunacaq:

- Bu praktikadan hazırda Yaponiyada, İsraildə istifadə olunur. Həmin texnologiyalar ekologiya nazirliyinə təqdim olunub, araşdırılıb. Burada hər hansı nüvə enerjisindən söhbət gedə bilməz. Biz ozonlaşdırma və ya ionlaşdırma metodundan istifadəyə hazır deyilik. Məqsəd odur ki, Azərbaycana mütərəqqi texnologiyalar gətirilsin.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin «BP» şirkətinə gücü çatırmı?

Xəzərin təmizlənməsi üçün istifadə olunacaq qurğular neçəyədir?

Azərbaycanda neftdən çirklənmiş torpaqları kim təmizləməlidir?

BÜTÜN BU SUALLARA CAVABI PROQRAMI DİNLƏYƏRƏK TAPA BİLƏRSİNİZ.

BURADA MƏSƏLƏYƏ MÜNASİBƏT BİLDİRƏ BİLƏRSİNİZ
XS
SM
MD
LG