Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:29

ABŞ biznesmenləri «erməni soyqırımı»na etiraz edir


ABŞ biznesmenləri Nümayəndələr Palatasını «erməni soyqırımı» haqda qanun layihəsini qəbul etməməyə çağırıb. ABŞ-ın aviasiya və müdafiə sənayesinin rəsmilərinin məktubunda deyilir ki, layihənin qəbulu «ABŞ-Türkiyə münasibətlərini korlaya» və Amerikada iş yerlərini risk altında qoya bilər.

«Lockheed Martin», «Boeing» və «Raytheon» korporasiyalarının rəsmilərinin də imzaladığı məktubda bildirilir ki, ABŞ-ın 2009-cu ildə Türkiyəyə ixrac etdiyi müdafiə və aviasiya sənaye məhsullarının həcmi artıb, 7 milyardı ötüb.

Bu arada Türkiyə hökuməti də bildirib ki, qondarma soyqırımı haqda sənədin qəbulu ABŞ-la münasibətlərə ciddi zərbə vurar.

Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi qanun layihəsinə martın 4-də baxacaq və layihə qəbul olunsa, palatanın müzakirəsinə göndərəcək.
XS
SM
MD
LG