Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:22

Qırğızıstanda müvəqqəti hökumətə müxalifət lideri Roza Otunbayeva rəhbərlik edir


Qırğızıstan prezidenti Kurmanbey Bakiyev qovulandan sonra müvəqqəti hökumətə hazırda müxalifət lideri Roza Otunbayeva rəhbərlik edir.

Aprelin 7-də baş verən çevriliş zamanı paytaxt Bişkekdə azı 65 nəfərin öldüyü, yüzlərlə adamın yaralandığı bildirilir. 400-ə yaxın adam xəstəxanalardadır. Müxalifət isə ölənlərin yüzə yaxın olduğunu deyir.

Sabiq xarici işlər naziri olan Roza Otunbayeva bildirib ki, müvəqqəti hökumət ölkədə yeni konstitusiya qəbul edilənə qədər davam edəcək.

Məlumata görə, prezident Kurmanbey Bakiyev Bişkekdən ölkənin cənubundakı Oş şəhərinə gedib. Cənubdan paytaxta doğru Bakiyevin on minlərlə silahlı tərəfdarının yönəldiyi bildirilir.

Hazırda Bişkekdə nəqliyyatın hərəkəti iflic olub, mağaza, aptek və banklar işləmir.

Beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ, Rusiya, Çin və BMT tərəfləri təmkinli olmağa, sakitliyə çağırıb.

Müxalifət prezident Kurmanbek Bakiyevi korrupsiya, siyasi təqiblər və söz azadlığını pozmaqda ittiham edir, onun istefasını tələb edirdi.

Dünən qırğız müxalifətinin dövlət televiziyasını, parlament binasını zəbt etməsinin ardınca ölkənin baş naziri Daniyar Usenov ərizə yazaraq, kabineti ilə birlikdə istefaya gedib.

ROZA OTUNBAYEVA KİMDİR?


MÖVZUNU ŞƏRH ETMƏK ÜÇÜN BURA DAXİL OLUN
XS
SM
MD
LG