Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:49

Qırğızıstan: Rusiya inqilabı?


Bişkek toqquşmalardan sonra, 9 aprel 2010
Bişkek toqquşmalardan sonra, 9 aprel 2010
ORTA ASİYADAKI YENİ BÖYÜK OYUNDA PUTİN AMERİKAYA QALİB GƏLDİ

Rusiyanın baş naziri Vladimir Putin Qırğızıstandakı hadisələrdən dərhal sonra oradakı yeni hakimiyyəti tanımaq üçün addımlar atdı. Bununla yanaşı onu da dedi ki, Kurmanbek Bakiyev rejiminin getməsində onun heç bir rolu olmayıb:

PUTİNİN İRONİYASI

«Nə Rusiyanın, nə mənim, nə də ki, Rusiya rəsmilərinin bu hadisələrlə heç bir əlaqəsi yoxdur».

Putin bunu özünəməxsus ironiya ilə bəyan edib. Bununla belə, o deyib ki, müxalifət lideri Roza Otumbayeva qırğız hökumətinin yeni rəhbəridir.

Ancaq Moskvanın Qırğızıstandakı son hadisələrdə əlinin olduğu müəyyənləşsəydi belə, bu heç kim üçün təəccüblü olmazdı. Rusiyanın Orta Asiyanın digər respublikalarında olduğu kimi Qırğızıstanda da intriqalar yaratması Putin erasının xarakterik xüsusiyyətinə çevrilib.

Enerji resursları və tranzit yolları ilə çox böyük strateji əhəmiyyətə malik olan bu regionu Rusiya rəqibləri Çinə və ABŞ-a heç bir vəchlə güzəştə getmək istəmir. Moskva bu regionu hələ də öz nüfuz dairəsində görməkdə israrlıdır.

Rusiyanın Qırğızıstandakı hadisələrdə əlinin olması ilə bağlı sübutlar tapmaq o qədər də çətin deyil. Ötən il Bakiyev Moskvaya səfər edəndə Putin ona 2 milyard dollar kredit söz vermişdi. Ancaq bunun əvəzində Manasdakı Amerika hərbi bazasının ləğv olunmasını istəmişdi.
Vladimir Putin Kremldə Kurmanbek Bakiyevi qəbul edir, 24 aprel 2006
Obama administrasiyasının məharətli manevrləri və Bakiyevin birdən-birə öz mövqeyini dəyişməsi hərbi bazanın qalmasına səbəb oldu.

BAKİYEVİN İKİLİ OYUNU


Bakiyevin bu ikili oyunu Putinin heç vaxt xoşuna gələ bilməzdi. Üstəlik, ABŞ generalı Devid Petreusla Qırğızıstanın antiterror təlimləri barədə sazişi Putinin ürəyincə olmamışdı. Təsadüfi deyildi ki, Rusiya telekanalları son vaxtlar Qırğızıstandakı insan haqlarından danışmağa, Bakiyevi korrupsiyada, tayfabazlıqda ittiham etməyə başlamışdı. Bu mövzular sonralar Qırğızıstandakı nümayişlərin əsas şüarına çevrilmişdi.

Ən maraqlısı odur ki, Putinin avtoritar rejimi 2005-ci ildə narıncı inqilab zamanı hakimiyyətə gəlmiş Bakiyevin demokratik məqsədlərinin tənəzzülə uğramasında böyük rol oynamışdı.

2008-ci ildə Beynəlxalq Böhran Qrupunun hesabatında göstərilirdi ki, Bakiyev hakimiyyətə demokratik şüarlarla gəlməsinə baxmayaraq, Putinin avtoritar hakimiyyətini yamsılamağa başlayıb. O, Rusiyada olduğu kimi müxalifəti boğmaq, Rusiyadakı kimi idarə olunan demokratiya yaratmaq yolunu tutdu.

Həmin hesabatda bildirilirdi ki, Bakiyev ölkənin enerji resurslarını hakim ailənin nəzarətinə almaq istəyir, ölkədə korrupsiya tüğyan edir. Bütün bu faktorlar və kommunal xidmətlərin qiymətlərinin artması ikinci dəfə qırğızların inqilab etməsində mühüm rol oynayıb.

AMERİKANIN BUMERANQ SİYASƏTİ


Rusiya da indi yaranmış vəziyyətdən öz məqsədləri üçün istifadə etməyə çalışır. ABŞ-a gəlincə, keçmiş xarici işlər naziri Roza Otumbayeva əmin edib ki, Manasla bağlı saziş qüvvədə qalacaq. Lakin Bakiyev hakimiyyəti
Manas hərbi bazası, 6 mart 2010
dövründə insan hüquqlarının kobud şəkildə pozulmasına, demokratiyanın boğulmasına Vaşinqtonun səssiz qalması ölkə müxalifəti arasında Amerikaya çox dost qazandırmayıb. Qırğızıstan nümunəsi göstərir ki, qeyri-demokratik proseslərə Amerikanın başqa maraqları naminə göz yumması sürətlə özünə qarşı çevrilə bilər.

Amerika isə Qırğızıstanda nələrin baş verməsindən bixəbər olması ilə bağlı özünə heç bir bəraət qazandıra bilməz. «Human Rights Watch»ın hesabatında bildirilirdi ki, təkcə ötən il Qırğızıstanda bir neçə tanınmış lider siyasi motivlərlə həbs olunub. Mart ayında küçə nümayişləri intensivləşəndə müxalifət saytları və radiolara giriş bağlanıb, ya da hücumlara məruz qalıb. 3 qəzetin nəşri dayandırılıb, ötən il iki məşhur jurnalist qətlə yetirilib. İş o yerə çatıb ki, Ban ki Mun Qırğızıstanla bağlı narahatlığını açıq-aşkar bildirmişdi.

Bəs, bundan sonra nə olacaq, kasıblıqdan əziyyət çəkən xalqın həyatı əvvəlki kimi qalacaq? Əgər Rusiya, Amerika və Çin Qırğızıstandakı siyasi boşluqdan öz məqsədləri üçün istifadə etməsə və ora böyük oyunların oynanıldığı yer kimi baxmasalar, onda nəsə dəyişə bilər. İnqilabdan sonra yeni rəhbərlik böyük dəyişiklik vəd edib. Bu sual aktualdır - xalq yenidən axmaq yerinə qoyulmayacaq ki?

FORUMDA MÜZAKİRƏLƏRƏ QATIL
XS
SM
MD
LG