Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:35

«Kommunist» qəzetində Molla Nəsrəddinin lətifəsi


«Kommunist» qəzetinin 1973–cü il 18 sentyabr tarixli sayı
«Kommunist» qəzetinin 1973–cü il 18 sentyabr tarixli sayı
«Kommunist» qəzetini vərəqləyərkən tez–tez kolxoz, sədr, plan və s. kimi sözlərə rast gəlirik. Belə məlum olur ki, o vaxtın qəzetləri həm də tənqid funksiyası daşıyırmış. «Kommunist»in 1973–cü il 18 sentyabr tarixli sayında dərc olunmuş belə məqalələrdən birini oxuya bilərsiniz:

«BAŞABƏLA TƏMİR İDARƏSİ»

Deyirəm heç kəsi dilə dişə düşməsin. İndi də bəzi adamlar Şuşa rayon tikinti təmir sahəsinin adına qulp qoyublar. Daha doğrusu, təşkilatın adında bir balaca düzəliş ediblər, guya burada təmənnasız heç bir iş görmürlər. Ona görə də Saday Ələkbərovun rəis olduğu həmin idarəyə tikinti təmir sahəsi deyil, «başabəla təmir idarəsi» deyirlər. Son iki ildə rayon təşkilatlarına gələn 200-ə yaxın şikayət məktubları əsasında bunu demək olar.

Bu yaxınlarda xalq nəzarətçilərinin vətəndaşların şikayətləri əsasında apardıqları yoxlama zamanı aşkar ediblər ki, doğrudan da tikinti təmir sahəsinin və mənzil istismar kontorunun işində ciddi nöqsanlar var. Evlər yaxşı təmir edilmir, smetada nəzərdə tutulandan artıq (o baxır adamına), yaxud əksik iş görürülür.

İdarənin rəisi S.Ələkbərov özünü çox soyuqqanlı göstərir. Guya bütün bunların ona heç bir dəxli yoxdur. Bu barədə söz düşəndə deyir:

- Bunlar cüzi şeylərdir. Hələ şükr edin ki...

- Şükr edirəm ki, nə yaxşı ağaclarda qovun, qapız yetişmir, yoxsa camaatda baş–göz qalmazdı
MOLLA NƏSRƏDDİN LƏTİFƏSİ


Burada Molla Nəsrəddinin bir lətifəsi yada düşür. Bir gün Molla Nəsrəddin qoz ağacının altında dayanarkən başına bir qoz düşür. Molla başlayır şükr etməyə. Yoldan keçənlər soruşurlar ki, Molla başına qoz düşüb, nəyə şükr edirsən? Molla cavab verir:

- Şükr edirəm ki, nə yaxşı ağaclarda qovun, qapız yetişmir, yoxsa camaatda baş–göz qalmazdı.

İndi S.Ələkbərovun sözlərinin mənası aydın olur. Yəqin o demək istəyir, şükr edin ki, mən böyük tikinti idarəsində işləmirəm. Yoxsa...

Elə xalq nəzarətçiləri də bunu məslətəh görmürlər. Yoxsa əngəl çıxar.

Tahir Məmmədov

«Kommunist» qəzetinin müxbiri
XS
SM
MD
LG