Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 13:43

YAP Minsk Qrupunda Türkiyəni görmək istəyir


Əli Əhmədov
Əli Əhmədov
«Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, dünyanın bir sıra dövlətləri, o cümlədən münaqişənin nizama salınmasında vasitəçilik missiyasını üzərinə götürən bəzi dövlətlər bu prosesdə ədalətli mövqe nümayiş etdirməkdə ya çətinlik çəkirlər, ya da müəyyən mərhələdə önəmli addımların atılmasında qətiyyət göstərmirlər».

APA-nın xəbərinə görə, bunu YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Ə. Əhmədov bildirib ki, istənilən halda münaqişənin həlli Azərbaycan torpaqlarının işğaldan azad olunmasından keçir, vasitəçilər də bunu dərk etmək zorundadırlar:

«Türkiyənin münaqişənin nizama salınması prosesinə qoşulmasını təbii hesab edirik. Türkiyə ATƏT-in Minsk Qrupunun 11 üzvündən biridir. Minsk Qrupunun həmsədri olan ölkələrin bu günə kimi lazımı qətiyyət göstərə bilməmələri və işğala məruz qalan dövlət kimi Azərbaycanın mövqeyinin kifayət qədər müdafiə olunmaması bu fikri söyləməyə əsas yaradır ki, Minsk Qrupunun həmsədrlik institutunun tərkibində dəyişiklik zamanı yetişib. Biz belə hesab edirik ki, Türkiyə bu formatın kamilləşməsi, tamamlanması üçün ən gərəkli namizəd ola bilər».

YAP sədrinin müavini deyib ki, Türkiyə problemin ədalətli və Azərbaycanın pozulmuş hüquqlarının bərpası çərçivəsində həllində maraqlıdır:

«Buna görə də Türkiyənin prosesə qoşulmasını alqışlayırıq. Hesab edirik ki, Türkiyənin prosesə qoşulması münaqişənin həlinə töhfə verə bilər».
XS
SM
MD
LG