Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:01

103 səs lehinə, 6 əleyhinə: Zakir Qaralov baş prokuror qaldı


Baş prokuror Zakir Qaralov
Baş prokuror Zakir Qaralov
Aprelin 27-də Milli Məclisdə baş prokuror Zakir Qaralovun növbəti müddətə Azərbaycanın baş prokuroru vəzifəsinə təsdiq olunması layihəsini təsdiq edib. 6 əleyhinə, 103 səs də lehinə olmaqla millət vəkilləri Zakir Qaralovu növbəti 5 il də Azərbaycanın baş prokuror seçiblər. Səsvermədə bitərəf qalan olmayıb.

Hazırda baş prokuror Zakir Qaralovun Milli Məclisdə hesabatı dinlənilir.

Ölkə qanunvericiliyinə görə, Azərbaycanın baş prokuroru vəzifəsinə təyinat 5 ildən bir keçirilir. Artıq ikinci müddət baş prokuror kimi işləyən Zakir Qaralovun səlahiyyət müddəti aprelin 25-də başa çatıb.

Ötən il «Prokurorluq haqqında» qanuna dəyişiklik edilib. Sənədin 16-cı maddəsinin 2-ci hissəsindən «Eyni şəxs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının baş prokuroru, Azərbaycan Respublikasının hərbi prokuroru, Naxçıvan Muxtar Respublikası prokuroru vəzifəsinə təyin edilə bilməz» cümləsi çıxarılıb.
XS
SM
MD
LG