Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:58

Sarısu ətrafında ancaq vertolyotla iş görmək olar


«Sarısı gölündə dağılan bəndə yaxınlaşmaq, orada iş görmək mümkün deyil. Ancaq havadan vertolyotla iş görülə bilər».

Saatlının Hacıqasımlı kəndinin icra nümayəndəsi Əlbilal Əsədov AzadlıqRadiosuna belə deyib. Onun bildirdiyinə görə, Saatlının 4 kəndinin əhalisi mayın 24-ü Sarısı bəndi yuyulandan sonra köçürülür:

«Dünənə qədər su evlərə girmirdi, neçə gün idi su əkin sahələrini basırdı. Dünən günortadan yaşayış sahələrinə girib, əhali idarə, müəssisə, məktəblərə, qohumlarının evlərinə köçürülür Köçürülmə işləri bu dəqiqə davam edir. Su gəlir, onun qarşısını almaq üçün elə bir iş görmək mümkün deyil. Çünki vəziyyət elə formadadır ki, yıxılan qoruyucu bəndə yaxınlaşmaq, orada iş görmək heç cür mümkün deyil. Orada ancaq gərək göydən vertolyotla iş görülə. Bu dəqiqə yeganə çıxış yolu əhalini tələfatdan uzaqlaşdırmaqdır. Rayonun bütün texnikası əhalinin köçürülməsi üçün cəlb olunub».

Sarısu gölündə bəndin yuyulması nəticəsində daşqın sularının ətrafa yayılması ilə bağlı təhlükəli hesab edilən 8 kənddən əhali köçürülüb. Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata əsasən, köçürülənlər Sabirabad rayonunun Qasımbəyli, Muradbəyli, Əsgərbəyli, Axtacı kəndlərində, Saatlı rayonunun Novuzlu, Dəllər, Nərimankənd, Musalı kəndləri və yaxınlıqda yerləşən məcburi köçkün şəhərciyi sakinləridir.
XS
SM
MD
LG