Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:19

«EUROVISION» QALİBLƏRİ


Norveç ötən il 54-cü mahnı yarışmasında Moskvada qalib gəldi. Aleksandr Rıbak final yarışmasında 24 ölkənin nümayəndəsini ötüb keçdi
Norveç ötən il 54-cü mahnı yarışmasında Moskvada qalib gəldi. Aleksandr Rıbak final yarışmasında 24 ölkənin nümayəndəsini ötüb keçdi
Mayın 29-da Oslo 55-ci «Eurovision» Mahnı Yarışmasına ev sahibliyi edəcək. 2009-cu ildə norveçli Aleksandr Rıbak «Fairtyle» («Nağıl») mahnısı ilə yarışmanın qalibi adını qazanıb. Bununla da yarışmanın ölkəsində keçirilməsinə nail olub.

«Eurovision» ilk dəfə 1956-cı ildə keçirilib. Bu yarışma əslində, Monakoda Marsel Bazenkon tərəfindən 1951-ci ildən keçirilən «Sanremo» Festivalının əsasında təşkil olunub. İsveçrə ilk yarışmanın birincisi olub.

«Eurovision» Mahnı Yarışması onunla öyünə bilər ki, televiziya auditoriyası yüz milyonlarla ölçülür.

«EUROVISION» REKORDLARI

Müğənni Conni Loqan düz 3 dəfə müsabiqənin qalibi olub. 1980 və 1987-ci illərdə o, İrlandiyanı təmsil edib, hər ikisində də birinci olub. 1992-ci ildə o, Linda Martinin qalibiyyət mahnısını yazıb.

«ABBA» Eurovision Mahnı Yarışmasının ən uğurlu qalibidir. İsveç qrupu 1974-cü ildə «Waterloo» mahnısı ilə birinci olub.

Müsabiqə tarixində ən çox yayılan, məşhurlaşan mahnı Domeniko Modunyonun «Nel Ble Di Pinto Di Blu» mahnısıdır, bu mahnı həm də «Volare» kimi tanınır.

Ötən il birinci olan Norveçinsə bəxti heç də həmişə gətirməyib, əksinə o, bu müsabiqədə hamıdan çox axırıncı olub. 1963, 1969, 1974, 1976, 1978, 1981, 1990, 1997, 2001 və 2004-də. Bununla belə Norveç 3 dəfə birinci olub - 1985, 1995, 2009.

Rekorda isə İrlandiya imza atıb – onun təmsilçiləri 7 dəfə qalib olub. Lüksemburq, Fransa və Böyük Britaniya 5 dəfə, İsveç və Niderland 4 dəfə qalib gəliblər.

Yarışmaya yeni qoşulan Rusiyaya birinciliyi 26 yaşlı Dima Bilan gətirib. O, 2008-ci ildə «Believe» mahnısı ilə uğur qazanıb.

«EUROVISION»UN DİLİ

Bu yarışmada qalib mahnılar daha çox ingiliscə ifa olunub. Belə mahnıların sayı 22-dir. Müsabiqədə fransız dili də populyardır. Bu dildə 14 qələbə mahnısı səslənib. Holland və yəhudi dillərində oxunan mahnılarsa 3 dəfə qalib olublar.

2009 KİMLƏRLƏ YADDA QALDI

Və nəhayət... Norveç ötən il 54-cü mahnı yarışmasında Moskvada qalib gəldi. Aleksandr Rıbak final yarışmasında 24 ölkənin nümayəndəsini ötüb keçdi.
Rıbakın «Fairtyle» mahnısı 387 xalla birinci, İslandiya 218 xalla ikinci, Azərbaycan 207 xalla üçüncü oldu.

Milliyyətcə Belarus olan 23 yaşlı Rıbak Oslodan qıraqda böyüyüb. O, müsabiqə öncəsi favoritlərdən idi. Qalib tamaşaçıları oxumağı və skripkada ifası ilə heyran qoyub. /Mənbə: «Reuters»/
XS
SM
MD
LG