Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:23

«Şəhərin mərkəzində mitinq keçirməyə heç YAP-a icazə verilmir»


Yevda Abraamov
Yevda Abraamov
«Şəhərin mərkəzində mitinq keçirməyə nəinki «Azadlıq» blokuna, heç Yeni Azərbaycan Partiyasına da icazə verilmir».

Bunu AzadlıqRadiosunun «İşdən sonar» proqramında Milli Məclisin İnsan Haqqları Komitəsinin sədr müavini Yevda Abraamov deyib.

Deputat bildirib ki, hər bir təşkilat əvvəlcədən razılaşdırılmış yerlərdə toplaşa bilər, amma «Azadlıq» blokunun israr etdikləri yerləri Bakı Şəhər İcra Hakimiyyəti verə bilməz. Şəhərin mərkəzində mitinq keçirməyin qəti qadağan olduğunu deyən Yevda Abraamov bidirib ki, həmin ərazidə heç hakim Yeni Azərbaycan Partiyasına da icazə verilmir.

Bunu vətəndaşların istirahət hüququnun pozulması kimi qiymətləndirən deputat bildirib ki, məkan toplaşmaq istəyənlər üçün rol oynamır. Adətən müxalifətin aksiyalarında 50- 60- dan yuxarı adam olmadığını deyən deputat bildirib ki, qanun hamı üçün birdir.

Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Həsən Kərimov isə deyib ki, Bakı Şəhər İcra Hakimiyyəti yenə də «Sərbəst toplaşmaq azadlığı haqqında» qanunu pozmaqla öz səlahiyyət həddini aşıb. Müxalifət nümayəndəsi bildirib ki, cavabdan asılı olmayaraq mitinqi keçirəcəklər.


/Hazırladı: Kamran Mahmudov/
XS
SM
MD
LG