Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:52

Aksiyaların yeri ilə bağlı yeni siyahı hazırdır, amma açıqlanmır


Azadlıq Blokunun İçərişəhər metrosu qarşısıdnakı aksiyası, 5 İyun 2010
Azadlıq Blokunun İçərişəhər metrosu qarşısıdnakı aksiyası, 5 İyun 2010
Bakı Şəhər icra hakimiyyəti kütləvi aksiyaların keçirilməsilə bağlı yeni yerlərin siyahısını hazırlayıb.

Bu barədə jurnalistlərə iyunun-10-da ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilge Cankorel məlumat verib.

O, bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətilə görüşdə icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla ona yeni siyahı hazırlandığını deyib.

«İcra başçısı görüşdə yeni bir siyahı göstərdi. Yeni siyahıda kütləvi aksiyaların keçirilməsi üçün nəzərdə tutulan bəzi yerlərin adları çıxarılıb, əlavə bəzi yerlər daxil edilib».

Amma nə ATƏT-in Bakı ofisindən, nə də Bakı şəhər icra hakimiyyətindən aksiyaların keçirilməsilə bağlı yeni və siyahıdan çıxarılan ünvanların adları açıqlanmayıb.

ATƏT-in Bakı ofisinin rəhbəri bu məsələ ilə bağlı hələ şəhər icra hakimiyyətilə müzakirələrin davam etdiriləcəyini deyib.

Hələ ki Bakı şəhər icra hakimiyyəti müxalifət partiyalarının aksiya keçirməklə bağlı müraciətlərinə Binəqədi qəsəbəsindəki idman-sağlamlıq kompleksinin stadionu, 20-ci yaşayış sahəsindəki sürücülük məktəbinin həyətindəki meydança və Zığ yolu küçəsi, 29/22-ci məhəllə ilə üzbəüz meydança təklif edilir.

Müxalifət partiyarı bu meydanların şəhərin mərkəzindən xeyli uzaq olduğunu əsas gətirərək həmin meydanlarda aksiya keçirməkdən imtina edirlər.
XS
SM
MD
LG