Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:51

«İşlərin necədir, «Neftçi»?


«Neftçi» futbol klubunun Baş Məşqçisi Əhməd Ələsgərovla müsahibə «Kommunist» qəzetinin 1980 –ci il 9 avqust sayında dərc olunub:

- Ötən il «Neftçi» birinci dövrəni 9 xalla sonuncu yerdə başa vurmuşdu. Bu il isə çempionatın «ekvator xəttini» keçərək komandanın 13 xalı var və o, yarış cədvəlində 14 – cü yeri tutur. Bu irəliləyiş sizi qane edirmi?

- Qələbənin rəqibdən asılı olmayaraq necə çətin qazanıldığı hamıya məlumdur. Əlbəttə, turnir vəziyyətimiz nə bizi razı salır nə də futbol həvəskarlarını. Amma nə edəsən, «Neftçi»nin bu günkü imkanları daxilində yüksək pillə iddiasına düşmək olmaz.

- İlk başdan elə görünür ki, «Neftçi»nin əsas və əvəzedici heyəti arasında elə bir sərhəd yoxdur.


- Doğrudur, bəzi futbolçular hər iki heyətdə çıxış edirlər. Amma əsas heyətdə möhkəmlənmək çox çətindir. Xüsusilə «Neftçi» də. Bizdə futbolçuların əksəriyyəti eyni səviyyədə oynayır.

- İndi ki, söhbət əvəzedici heyətdən düşdü, Komandanın ehtiyat qüvvəsi haqqında fikriniz?

- «Neftçi» də perspektivli futbolçular çoxdur. Gənclər yaxşı oynayırlar. V. Baxmalov kollektivimizin ən məhsuldar oyunçusudur. Ümumiyyətlə «Neftçi» yaxşı gələcəyə malik komandadır.

«UZUN İLLƏRDİR VİDEOMAQNİTOFON ALA BİLMİRİK»

- Əsas çətinliyiniz nədən ibarətdir?

- Uzun illərdir videomaqnitofon ala bilmirik. «Neftçi» güclülər dəstəsində videomaqnitofonu olmayan yeganə komandadır. Bu, təlim – məşq işimizi çətinləşdirir. Keçirdiyimiz oyunları hərtərəfli təhlil edə bilmirik.

- Hər oyundan sonra qəzetlərdə hesabatlar dərc olunur. Bu hesabatları oxuyub, müzakirə edirsinizmi?


- Əlbəttə. İdman jurnalistlərinin bəzi fikirləri karımıza gəlir. Lakin açığını deyim ki, bir sıra hesabatlarda məsələyə ixtisaslı yanaşılmır. Hərə oyuna öz bildiyi kimi qiymət verir. Uzağa getməyək, «Ararat»la son oyunu götürək. Bəzi qəzetlərdə «Neftçi»nin müdafiədə zəif çıxış etdiyi göstərilirdi. Mən isə bütün müdafiəçilərə yüksək qiymət vermişəm. Bu cür fikir ayrılığı ümumi işimizə ziyan vurur.

«TAMAŞAÇILAR TRİBUNADAN NALAYİQ SÖZLƏR DEYİRLƏR»


- Tamaşaçılara sözünüz?

- Sağ olsunlar ki, çıxışımızı diqqətlə izləyir, bizi ruhlandırırlar. Ancaq bəzilərindən narazıyıq. Onlar oyun zamanı tribunalardan nalayiq sözlər deyir, adi intizam qaydalarına riayət etmək istəmirlər.
XS
SM
MD
LG