Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:05

Beckham, Ballack, Nani - onları birləşdirən nədir?


Cənubi Afrikada keçirilən futbol üzrə 19-cu dünya çempionatında zədə ucbatından iştirak edə bilməyən ulduzlar:

Michael Ballack (Almaniya): Almaniya yığmasının kapitanı İngiltərə FA kubokunun finalında Portsmouthun qanalı futbolçusu Kevin Prince Boateng tərəfindən aldığı zədəyə görə komandasına kömək edə bilməyəcək.

Nani (Portuqaliya): Ötən mövsüm Mançester Yunayteddə nümayiş etdirdiyi oyundan sonra diqqətləri üzərinə çəkən Nani Portuqaliya yığması ilə çıxdığı məşqlərdən birində çiynindən zədələnərək dünya çempionatından kənarda qaldı.

John Obi Mikel (Nigeriya): Nigeriya yarımmüdafiəsinin əvəzsiz ismi Obi Mikel Cənubi Afrikadakı ilk məşqdə ayaq biləyindən zədələndi. Çelsili ulduz futbolçu Nigeriya yığmasının heyətindən çıxarıldı

Rene Adler (Almaniya): Almaniyanın 1 nömrəli qapıçısı qabırğasından keçirdiyi əməliyyatdan sonra baş məşqçi tərəfindən 23 nəfərlik heyətə çağrılmadı.

Lassana Diarra (Fransa): Ötən mövsümdə Real Madriddəki oyunu ilə fərqlənən Lassana Diarra mədəsindəki ağrılara görə vaxtından əvvəl evə qayıtmalı oldu.

David Beckham (Ingiltere): Mart ayında zədələnən ulduz futbolçu komandası ilə birgə Cənubi Afrikaya getsə də oyunlarda forma geyə bilməyəcək

Michael Essien (Gana): Qanalı oyunçu br neçə aydır davam edən zədəsi ucbatından çempionata aparılmadı.

Rio Ferdinand (Ingiltere): İngiltərə millisinin kapitanı Rio Ferdinand komandasının Cənubi Afrikadakı ilk məşqindəcə dizindən zədələnərək Fabio Kapellonu çətin vəziyyətdə qoydu.

Bundan başqa Robben, Drogba Pirlo kimi ulduzlar da dünya çempionatı öncasində komandalarının oynadığı hazırlıq matçlarında zədələniblər. Amma hər üç futbolçunun önümüzdəki qarşılaşmalarda forma geyə biləcəkləri açıqlanıb.
XS
SM
MD
LG