Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:56

«Bu ölkədə demokratiyanın vəziyyəti hələ də sual altındadır»


Andres Herkel və Coy Debano Qreş
Andres Herkel və Coy Debano Qreş
«Baxmayaraq ki, Azərbaycanın Avropa Şurasına üzv olmasından 10 il keçir, bu ölkədə demokratiyanın vəziyyəti hələ də sual altındadır. 2008-ci ildə prezident seçkilərindəki irəliləyişlərə baxmayaraq, bəzi sistematik qüsurları aradan qaldırmaq lazımdır».

Bu, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri Andres HerkelCoy Debano Qreşin «Azərbaycanda demokratik institutların vəziyyəti» ilə bağlı hazırladıqları qətnamənin ilkin layihəsindən çıxarışdır.

Qətnamə iyunun 21-dən 25-ə qədər Strasburqda keçirələcək AŞ PA-nın yay sessiyasında müzakirə ediləcək.

Qətnamənin ilkin layihəsində Assambleya Azərbaycanda medianın vəziyyətindən narazı olduğunu bildirir, jurnalistlərin həbs olunmasını, qorxudulmasını, fiziki təzyiqə məruz qalmasını pisləyir.

Assambleya həmçinin həbsdəki gənc fəallar Emin MilliAdnan Hacızadənin vəziyyəti ilə bağlı narazılıq ifadə edir. Hesabat layihəsi hökuməti Avropa İnsan Haqları Məhkəməsinin jurnalist Eynulla Fətullayevin azadlığa buraxılması barədə qərarına hörmətlə yanaşmağa çağırır:

«Assambleya hesab edir ki, bu ilin noyabrında keçiriləcək parlament seçkiləri Azərbaycan üçün mühümdür. Xüsusilə də Konstitusiyada təsbit olunmuş gücün hakimiyyətin qollarının arasında bölüşdürülməsi və parlamentin rolunun artırılması baxımından».

Hesabatda həmçinin Seçki Məcəlləsinin təkmilləşdirilməsi, seçkidə iştirak üçün müxalifətə bərabər imkanlar yaradılması tövsiyə olunur.
XS
SM
MD
LG