Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:53

Rövşən Nəsirli ilə bağlı müraciət edilib


Rövşən Nəsirliyə qarşı polis zorakılığı
Rövşən Nəsirliyə qarşı polis zorakılığı
Ombudsman Elmira Süleymanova baş prokurora və daxili işlər nazirinə iyunun 19-u «Azadlıq» blokunun Bakıda keçirdiyi aksiya zamanı saxlanan gənc fəal Rövşən Nəsirli ilə bağlı müraciət edib.

«Mediaforum»a daxil olan xəbərə görə, Ombudsmanın Milli Preventiv Mexanizm qrupunun üzvləri iyun 19-da, saat 22.35-də Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilmiş Rövşən Nəsirli ilə təkbətək görüşüblər:

«Rövşən Nəsirli aksiya zamanı saxlanaraq Səbail Rayon Polis İdarəsinin 8-ci bölməsinə gətirildiyini, orada polis əməkdaşlarının onu döydüyünü bildirib. Bədəninə baxış keçirilərkən Rövşən Nəsirlinin sifətində müxtəlif xəsarət izlərinin olduğu müəyyən edilib».

Ombudsman Aparatından bildiriblər ki, Elmira Süleymanova baş prokurora və daxili işlər nazirinə müracitdə bu məsələnin araşdırılmasını istəyib.
XS
SM
MD
LG