Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:51

Hillari Klintonun səfər proqramı açıqlanıb


ABŞ-ın dövlət katibi Hillari Klinton
ABŞ-ın dövlət katibi Hillari Klinton
ABŞ-ın dövlət katibi Hillari Klinton iyulun 4-də Azərbaycana səfər edəcək. APA-nın məlumatına görə, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filipp Qordon səfər proqramının detallarını açıqlayıb.

Onun sözlərinə görə, dövlət katibi bir günlük səfər çərçivəsində Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsi və ABŞ-Azərbaycan münasibətləri əsas diqqət mərkəzində olacaq.

Hillari Klintonun həmçinin qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə də görüşü nəzərdə tutulur. Bu görüşdə söz azadlığı və siyasi həyatda iştirak məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.

Həmin gün ABŞ dövlət katibi Azərbaycandan Ermənistana yola düşəcək. Hillari Klintonun Ermənistan rəhbərliyi ilə apardığı danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə yanaşı Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi də müzakirə ediləcək.

Filipp Qordonun sözlərinə görə, bölgəyə səfəri zamanı Hillari Klinton Azərbaycan və Ermənistanı ATƏT-in Minsk Qrupu çərçivəsində qəbul olunan qərarların həyata keçirilməsinə yönəlmiş səyləri artırmağın zəruriliyinə inandırmağa çalışacaq:

«Minsk Qrupu çərçivəsində başlanan proses həm Azərbaycanın, həm də Ermənistanın xeyrinə olacaq. Dövlət katibi hər iki ölkədə prezidentlərin bu günlərdə Torontoda açıqladığı mövqenin mahiyyətini vurğulamağa çalışacaq».
XS
SM
MD
LG